Statistik məlumatların istifadəçilərinin rəyinin öyrənilməsinə dair keçirilmiş sorğunun nəticələri açıqlanmışdır
Bakı, 14 may (AZƏRTAC). Dövlət Statistika Komitəsi 2010-cu ildə statistik məlumatların istifadəçilərinin rəyinin öyrənilməsi üzrə sorğu keçirmişdir.
Sorğuda dövlət idarəetmə orqanları, elmi-tədqiqat təşkilatları, radio və teleşirkətlər, informasiya agentlikləri, sənaye müəssisələrini və s. təmsil edən 2093 təşkilat iştirak etmişdir. Alınan cavablar əsasında statistik məlumatların istifadəçilərinin məmnunluq və inam indeksləri hesablanmışdır. Məmnunluq indeksi 8,4-ə, inam indeksi isə 8,2-yə bərabər olmuşdur.
Bununla yanaşı, sorğuda statistik məlumatların istifadəçilərinin Dövlət Statistika Komitəsi tərəfindən verilən mühüm göstəricilərə münasibəti öyrənilmişdir. Respondentlərin 78,7 faizi əhalinin sayı, 70,5 faizi ümumi daxili məhsulun artım sürəti, 70,2 faizi əhalinin gəlirləri, 66,7 faizi işsizliyin səviyyəsi və 66,5 faizi isə inflyasiyanın səviyyəsi ilə bağlı məlumatlara inandığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]