Stoltenberq: NATO-ya üzv ölkələr Ukraynanın alyansın üzvü olacağı ilə razılaşıblar
Kiyev, 21 aprel, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenski alyansın Vilnüsdə keçiriləcək yay sammitinə dəvət olunub. O, sammitdə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq “Ramştayn” formatında görüşdən əvvəl keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, sammitdə Ukraynaya lazımi həcmdə dəstək təsdiqlənməli, bu ölkənin sovet standartları və doktrinalarından NATO standartları və doktrinalarına keçməsinə kömək edəcək çoxillik proqram qəbul edilməlidir.
Stoltenberq vurğulayıb ki, NATO-ya üzv olan bütün ölkələr Ukraynanın alyansın üzvü olacağı ilə razılaşıblar. Lakin onun sözlərinə görə, indi diqqət Ukraynanın qələbəsini təmin etməyə yönəlib. Suveren və müstəqil Ukrayna olmadan onun NATO-ya üzvlüyünü müzakirə etməyin mənası yoxdur.
Qeyd edək ki, NATO-nun yay sammiti iyulun 11-12-də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]