Sudanda hərbçilər hakimiyyəti rəsmən mülki şəxslərə təhvil veriblər
Bakı, 17 avqust, AZƏRTAC
Sudanda hərbçilər hakimiyyəti rəsmən mülki şəxslərə təhvil veriblər. AZƏRTAC Al Arabiya telekanalının saytına istinadla xəbər verir ki, avqustun 17-də paytaxt Xartumda keçirilən təntənəli mərasimdə ölkənin Hərbi Şurası və əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı arasında Konstitusiya Bəyannaməsi imzalanıb.
Tərəflərin avqustun 3-də təsdiq etdikləri sənəd ölkədə keçid dövrünün əsas prinsiplərini ehtiva edir. Həmin dövrdə hərbçilər tədricən hakimiyyəti mülki şəxslərə təhvil verməlidirlər. Eyni zamanda, tərəflər arasında siyasi sazişin də yekun variantı imzalanıb və bu sənəddə keçid dövründə ölkənin siyasi quruluşunun əsas müddəaları təsbit olunub. Bu sazişin mətni iyul ayında razılaşdırılıb.
Konstitusiya Bəyannaməsi və sazişi Sudanın Keçici Hərbi Şurasının sədr müavini, general Məhəmməd Həmdan Daqalo və “Azadlıq və dəyişikliklər” alyansının nümayəndəsi Əhməd Rabiyə Efiopiyanın Baş Naziri Əbiy Əhməd və Cənubi Sudanın Prezidenti Salva Kiyrin iştirakı ilə imzalayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]