SİYASƏT
Sumqayıt Dövlət Universitetində Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olunmuşdur
Sumqayıt, 10 noyabr (AZƏRTAC). Sumqayıt Dövlət Universitetində (SDU) Dövlət Bayrağı Gününə və Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir. Universitetin rektoru, professor Nadir Qəhrəmanov müəllim və tələbə heyətini, tədbir iştirakçılarını əlamətdar günlər münasibəti ilə təbrik etmişdir.
Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Bayrağı Gününün mahiyyətindən danışan rektor dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan atributların hər kəs üçün milli qürur mənbəyi olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, üçrəngli bayrağımızın yenidən ucaldılmasında, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında, əsas hüquqi sənəd kimi formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu olmuşdur.
Daha sonra universitetin tələbələri Şənlik Əliyevin və Leyla Muradzadənin çıxışları dinlənmişdir.
Tədbir rəngarəng konsert proqramı ilə davam etmişdir. Nümayiş olunan səhnəciklər, mahnı və rəqslər maraqla qarşılanmışdır.