İDMAN
“Sumqayıt” futbol klubunun akademiyası yoldaşlıq oyunları keçirib
Sumqayıt, 6 sentyabr (AZƏRTAC). “Sumqayıt” futbol klubunun akademiyası texniki direktor Frank Bernhardtın rəhbərliyi ilə yeni mövsümə hazırlıq məqsədilə yoxlama oyunları keçirir.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, U-17 komanda səfərdə “Rəvan” üzərində 7:0 hesablı qələbə qazanıb. Komandada qolları Samir Mehdizadə (2), Elmin Bayramov (2), Murad Məmmədxanov, Orxan Quliyev, İbrahim Abdullayev vurublar.
U-15 komanda da “Rəvan” ilə Sumqayıtda üz-üzə gəlib və qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb. “Sumqayıt”ın heyətində qolları İlkin Həbibzadə (2) və Cavanşir Qafarzadə vurub.
U-13 komandası isə səfərdə “Neftçi”ni minimal hesabla üstələyib. Yeganə qolun müəllifi Samir Məhərrəmli olub.
U-14 komandasının üzvləri “Bakı”nı 3:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Qolların müəllifi Səbuhi Abdullazadə və Orxan Məmmədov (2) olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [13:06]
Ukraynalı futbolçu “Sabah” klubuna qayıda bilər
- 03.07.2024 [11:10]
Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub
- 03.07.2024 [11:07]
Azərbaycan idmançısı reytinq turnirində gümüş medal qazanıb
- 03.07.2024 [10:57]
"Sabah" Ukrayna millisinin basketbolçusunu heyətinə qatıb
- 03.07.2024 [07:40]
Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular VİDEO
- 03.07.2024 [03:11]
Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq
- 03.07.2024 [00:58]
Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]