SUMQAYITDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Konfrans iştirakçılarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qəbul etmişdir. O, şəhərin tarixindən və iqtisadi potensialından danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda gənclər hərəkatının uğurla inkişafı üçün hər cür şərait yaradılmışdır. Respublikamızda Gənclər və İdman Nazirliyi yaradılmışdır, dövlətimizin başçısı İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi uğurla fəaliyyət göstərir. Şəhərin rəhbəri konkret faktlar əsasında gənclər hərəkatının inkişafı sahəsində dövlət siyasətinin öncül istiqamətləri barədə məlumat vermişdir.
Avropa İttifaqı Gənclər Forumunun vitse-prezidenti Bettina Şvartsmayer konfransda qarşıya qoyulan vəzifələrdən söhbət açaraq bildirmişdir ki, bu kampaniyanı keçirmək haqqında qərar Avropa dövlət başçılarının ötən ilin mayında Varşavada olmuş zirvə toplantısında qəbul edilmişdir. Təşəbbüs Avropa Şurasının üzvü olan bütün ölkələrin rəhbərləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənmişdir.
Konfrans iştirakçıları şəhərin görməli yerlərini gəzmiş, gənclər təşkilatlarında olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]