SUMQAYITDA İXTİSASLAŞDIRILMIŞ İDMAN-SAĞLAMLIQ MƏRKƏZİ TİKİLİR
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev obyektə gələrək, inşaat işləri ilə maraqlanmışdır. 2 hektar ərazidə ikimərtəbəli bina tikilmişdir. Üç korpusdan ibarət binada inzibati, texniki otaqlar və idman otaqları olacaqdır. Layihədə hər birinin sahəsi 750 kvadratmetr olan 2 geniş idman zalı, 2 üzgüçülük hovuzu ( onlardan biri tribunalıdır), güləş və ağır atletika zalları nəzərdə tutulmuşdur. Zirzəmidə isə iki böyük tir yerləşəcəkdir.
Layihəyə görə mərkəz 2007-ci ilin avqustunda istifadəyə veriləcəkdir.
Sumqayıt idmançılarının Olimpiya oyunlarında uğur qazanmaları, habelə cüdoçu İlham Zəkiyevin Paralimpiya oyunlarında qızıl medala layiq görülməsi ölkəmizin rəhbərliyini respublikamızda bənzəri olmayan idman-sağlamlıq mərkəzinin tikintisinə məhz Sumqayıtdan başlamağa ruhlandırmışdır. Mərkəz, şübhəsiz, əhalinin bu qəbildən olan hissəsi arasında idmanın və bədən tərbiyəsinin inkişafına və onun sağlamlığının möhkəmlənməsinə kömək edəcəkdir.