SUMQAYITIN ENERJİ TƏCHİZATI YAXŞILAŞIR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, 330 kilovoltluq ”Yaşma” yardımçıstansiyasında və 110 kilovoltluq “Giləzi” hava xəttinin yağ açarlarında əsaslı təmir işləri qurtarmışdır. Azərbaycan və Rusiya elektroenergetikasını birləşdirən 330 kilovoltluq Yaşma-Dərbənd hava xəttində cədvəl üzrə nəzərdə tutulan işlərin böyük əksəriyyəti yerinə yetirilmişdir. Xətlərdəki anker dayaqlarındakı qüsurlar aradan qaldırılmış, izolyatorlar yeniləri ilə əvəz edilmişdir. 220 kilovoltluq “Yaşma” hava xəttində təmir-bərpa işləri başa çatdırılmış, 220 kilovoltluq “Sənaye qovşağı” yardımçıstansiyasında isə hazırlıq işləri yekunlaşdırılmışdır. Buradan 1 və 2 nömrəli istilik elektrik mərkəzlərinə çəkilən yeni hava xəttinin Sumqayıt şəhəri üçün böyük əhəmiyyəti var. 220 kilovoltluq 7-ci “Abşeron” hava xətti tam saz vəziyyətə gətirilmişdir.
110 kilovoltluq Sumqayıt yardımçıstansiyasında 25 MVA-lıq transformator 80 MVA-lıq transformatorla əvəz olunacaq. 1 nömrəli İEM-dəki 80 MVA-lıq transformatorun yardımçıstansiyaya köçürülməsi şəhərin enerji təchizatını xeyli yaxşılaşdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]