Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni zəkanın insan və cəmiyyət üzərində təsirlərinə baxış - Məqalə

Süni zəkanın insan və cəmiyyət üzərində təsirlərinə baxış - Məqalə

Bakı, 5 avqust, AZƏRTAC

Süni zəka alətləri bu gün siyasət, incəsənət, işə qədər cəmiyyət və həyatın müxtəlif aspektlərində önəmli rol oynamağa başlayıb, onun təsirlərinin öyrənilməsini olduqca zəruriləşdirib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər sosial-kultural məsələlər üzrə ekspert Sübhan Padarsoyun “Süni zəkanın insan və cəmiyyət üzərində təsirlərinə baxış” adlı məqaləsində yer alıb.

Məqalədə BMT-nin İnkişaf Proqramı tərəfindən 2025-ci ildə “Süni zəka və insan inkişafı” qlobal sorğusunun nəticələri yer alıb. Həmin məqaləni təqdim edirik:

Qlobal sorğu aşağı və orta, yüksək və çox yüksək insan inkişaf indeksi (HDI) qrupuna aid olan 21 ölkədə aparılıb. Hökumətlərin insanların həyatını yaxşılaşdırmaq üçün süni zəkadan istifadəsinə ictimai inam insan inkişaf səviyyəsinə görə fərqlilik göstərir. Çox yüksək HDI-li ölkələrdə bu məsələ ilə bağlı şübhə mövcuddur. Belə ki, qeyd olunan ölkələrdə respondentlərin 65 faizi hökumətlərin süni zəkadan insan həyatını yaxşılaşdırmaq üçün istifadəsi ilə bağlı şübhəsini dilə gətirib. Lakin yüksək HDI-li ölkələrdə respondentlərin üçdə ikisi bu məsələ barəsində optimistdir. Aşağı və orta HDI-li ölkələrdə isə hər 10 respondentdən 6-sı insanların həyatını yaxşılaşdırmaq üçün hökumətlərin süni zəkadan istifadəsinə etimad göstərir.

Süni zəka sistemlərinin cəmiyyətin ən yaxşı maraqlarına xidmət etmək üçün dizayn edildiyinə inam göstəricilərində də oxşar tendensiya müşahidə edilir. Belə ki, çox yüksək HDI qrupuna daxil olan ölkələrdə respondentlərin yarısından daha çoxu - 54 faizi bu məsələdə skeptik olduğunu bildirir. Aşağı və orta HDI qrupuna daxil olanlar 65, nisbətən yüksək HDI qrupuna daxil olanlar isə 68 faiz ilə süni zəka sistemlərinin cəmiyyətin ən yaxşı maraqlarına xidmət etmək üçün dizayn edildiyinə inanır.

Tədqiqatın digər vacib nəticələri odur ki, çox yüksək HDI qrupuna aid olan ölkələrdə respondentlərin nisbətən daha az hissəsi - 32,1 faiz süni zəka inkişaf etdikcə, gələcək 5 ildə öz həyatı üzərində nəzarətinin daha da artacağını düşünür. Bu da onu göstərir ki, çox yüksək HDI ölkələrində süni zəkanın insan agentivliyi ətrafında müsbət gözləntiləri olduqca aşağıdır. Bu göstərici yüksək HDI qrupuna daxil olan ölkələrdə 57,5 faizdir. Onlar bu mövzuda digər 2 qrup ölkələrə nisbətən daha optimist düşüncəni paylaşır.

Pyu Tədqiqat Mərkəzinin araşdırmasına görə, amerikalılar süni zəkanın potensial faydalarına açıqlıq nümayiş etdirsələr də, onun bəzi insan qabiliyyətlərinə təsirləri ilə bağlı olduqca narahatdırlar.

Amerika Birləşmiş Ştatlarında yaşı 18 və daha çox olan insanların yaradıcı düşünmək və anlamlı münasibətlər formalaşdırmaq qabiliyyətinə süni zəkanın təsirləri barədə ümumi olaraq pessimist fikir mövcuddur. Belə ki, onların yarısından daha çoxu - 53 faizi süni zəkanın insanların yaradıcı düşünmək qabiliyyətini pisləşdirəcəyini, cəmi 16 faizi yaxşılaşdıracağını bildirir. Digər 16 faiz isə süni zəkanın bu qabiliyyəti nə yaxşılaşdıracağı, nə də pisləşdirəcəyi qənaətindədir.

Onların 50 faizi isə süni zəka alətlərinin insanların mənalı münasibətlər qurmaq qabiliyyətini pisləşdirəcəyini, cəmi 5 faizi isə yaxşılaşdıracağını qeyd edir.

Lakin süni zəkanın problem həlletməni yaxşılaşdıracağı barədə amerikalılar nisbətən daha optimistdirlər. Onların 29 faizi bildirir ki, bu alətlər qeyd olunan bacarıqda insanları daha yaxşı edəcək. 38 faizi isə süni zəkanın bu qabiliyyəti pisləşdirəcəyi qənaətindədir. Bəzi amerikalıların isə süni zəkanın bu insan bacarıqlarına neqativ, yaxud pozitiv təsirləri barəsində heç bir əminliyi yoxdur.

Tədqiqatın digər nəticəsinə görə, əgər 2021-ci ildə amerikalıların 37 faizi süni zəkanın gündəlik həyatda artan istifadəsi ilə bağlı narahat idisə, 2023-cü ildə bu göstərici 52, 2025-ci ildə isə 50 faiz təşkil edib. Süni zəkadan istifadə ilə əlaqədar həyəcanlı olduğunu bildirənlərin sayı isə bu illər ərzində 18 faizdən 10 faizə düşüb.

Hər 10 amerikalıdan 6-sı süni zəkanın necə istifadə edildiyi üzərində daha çox nəzarət istədiyini deyir. Bu xüsusda onların 76 faizi bildirir ki, videoların, fotoların və mətnlərin süni zəka, yoxsa insan tərəfindən yaradıldığını söyləyə bilmək olduqca vacibdir. Lakin onların 53 faizi bir məsələnin süni zəka, yoxsa insan tərəfindən yaradıldığını deteksiya edə bilmələri barədə qətiyyən əmin deyil.

Elm, maliyyə və tibb sahələrində ağır analitik işləri görməkdə süni zəkanın rolu dəstəklənir. Belə ki, yetkin yaşlı amerikalıların 35 faizi maliyyə cinayətlərinin axtarışında süni zəkanın böyük, 35 faizi də kiçik rol oynamalı olduğunu düşünür. Mental sağlamlıq dəstəyi təmin etməyə gəldikdə isə, onların 11 faizi bu məsələdə süni zəka alətlərinin böyük, 34 faizi isə kiçik rol oynamalı olduğunu fikirləşir. Tədqiqatda iştirak edən 61 faiz amerikalı bir cinayətdə şübhəliləri müəyyən etməkdə süni zəkanın böyük və ya kiçik rol oynamalı olduğu qənaətindədir. Onların 73 faizi insanlara Allaha inanc barəsində məsləhət vermək, 67 faizi isə 2 insanın bir-birini sevə biləcəyi, yaxud bilməyəcəyini müzakirə etməkdə süni zəkanın heç bir rolunun olmamalı olduğunu bildirir.

Sorğunun keçirdildiyi ölkələr üzrə gündəlik həyatda süni zəkanın artan istifadəsi ilə bağlı qayğılı olanların ən yüksək göstəriciləri 50 faiz ilə ABŞ və İtaliyada, 49, 48 və 47 faizlə müvafiq olaraq Avstraliya, Braziliya və Yunanıstanda qeydə alınıb. Həyəcanlı olanların ən yüksək göstəriciləri isə 29 faizlə İsrail, 22 faizlə İsveç və Cənubi Koreya, 19 faizlə isə Türkiyə respondentləridir.

 

Müxbir - Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb