Suqovuşanda tibbi aksiya keçiriləcək
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Avtomobil Səyyar Klinikası Suqovuşan kəndində, azad olunmuş ərazilərdə tibbi aksiya keçirəcək.
AZƏRTAC xəbər verir ki, aksiyanın əsas məqsədi azad olunmuş torpaqlarda yaşayan və tibbi xidmətlərə çıxış imkanları məhdud əhalinin göz sağlamlığının qorunmasıdır. Tədbir çərçivəsində oftalmoloji müayinələr aparılacaq, görmə ilə bağlı problemlərin vaxtında aşkarlanması və mümkün hallarda ilkin müalicəsi təmin ediləcək. Müayinələr zamanı aşkarlanan ağır xəstəlik halları isə daha geniş diaqnostika və müalicə imkanlarının mövcud olduğu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcək.
Müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş Avtomobil Səyyar Klinikası 2005-ci ildən fəaliyyət göstərir. Bu klinikanın yaradılmasında əsas məqsəd əhalinin vaxt itirmədən, yaşadığı bölgələrdə keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaratmaqdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi illərdir ölkənin müxtəlif regionlarında humanitar tibbi aksiyalar həyata keçirir və bu tədbirlərin sayı ildən-ilə artır. Mərkəzin bütün filialları ən müasir texnologiyalarla təmin olunub, burada təcrübəli və beynəlxalq təlimlər keçmiş həkim-oftalmoloqlar fəaliyyət göstərir.
Bundan əlavə, səyyar xidmətlərin daha da genişləndirilməsi məqsədilə 2018-ci ildən etibarən Dəmiryolu Səyyar Klinikası da əhaliyə xidmət göstərməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]