Şuşa teatrı yeni mövsümün açılışına hazırlaşır
Bakı, 29 sentyabr, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, teatrın yaradıcı heyəti 145-ci teatr mövsümünü oktyabrın 2-də “Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə açacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Rolları Əməkdar artistlər Şükufə Musayeva, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva və başqaları ifa edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]