Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada dini və şəxsi məktəblər

Şuşada dini və şəxsi məktəblər

Bakı, 4 noyabr, AZƏRTAC

XIX əsrin ikinci yarısına qədər Azərbaycanda tədris müəssisələri mollaxana və mədrəsələrdən ibarət idi. Mollaxanalar ibtidai, mədrəsələr isə ali ruhani məktəbi sayılırdı, başqa sözlə desək, mollaxana aşağı, mədrəsə isə yuxarı dərəcəli hesab olunurdu. Mollaxana mədrəsəyə girmək üçün bir növ hazırlıq rolunu oynayırdı. Həmin təhsil ocaqları, əsasən, məscidin nəzdində olurdu və onda asılı şəkildə fəaliyyət göstərirdi. Burada müəllimlər, bir qayda olaraq, mollalardan ibarət idi. Sonralar bəzi savadlı şəxslər də xüsusi məktəb açırdılar. Mollaxanadan fərqli olaraq, mədrəsədə təhsil pulsuz idi. Mədrəsə açmaq məscid binası tikmək, yol, körpü salmaq kimi savab iş hesab olunur və şəxsi adamların vəsaiti hesabına təsis edilirdi.

Bu fikirlər Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Şuşada dini və şəxsi məktəblər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

XIX əsrin 30-cu illərində Şuşada olan altı mollaxana və bir mədrəsədə 143 nəfər oxuyurdu. 1859-cu ildə 10 məscid məktəbi - mollaxana fəaliyyət göstərirdi və cəmi 280 şagirdi vardı. 1863-cü ilin məlumatına görə, Şuşa şəhərində Merdinli məhəlləsində 1892-ci ildə açılmış məktəbdə bir müəllim, 30 şagird; Xocamircanlı məhəlləsində 1844-cü ildə açılmış məktəbdə bir müəllim, 27 şagird; Hamamqabağı məhəlləsində 1838-ci ildə açılmış məktəbdə bir müəllim, 32 şagird; Hacı Yusifli məhəlləsində 1844-cü ildə açılmış məktəbdə bir müəllim, 26 şagird; Çuxur məhəllədə 1841-ci ildə açılmış məktəbdə bir müəllim, 37 şagird; İbrahimxəlil xan məscidi nəzdində 1803-cü ildə açılmış məktəbdə 2 müəllim, 45 şagird; Gövhər ağa məscidi nəzdində 1850-ci ildə açılmış məktəbdə 2 müəllim, 30 şagird; Culfalar məscidində 1855-ci ildə açılmış məktəbdə bir müəllim, 33 şagird; Qurdlar məhəlləsində 1855-ci ildə açılmış məktəbdə bir müəllim və 31 şagird olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Şuşada ilk mollaxana-məktəbi 1771-ci ildə Molla Pənah Vaqif açmışdır. O, saraya cəlb olunandan sonra oğlu Əli ağa bu işi davam etdirmişdir. 1897-ci ildən sonra Şuşada İrandan gəlmiş müdərris-mollalar və yerli ziyalılar tərəfindən mədrəsələr açılmışdı.

Şəhərdəki ailə məktəbləri XVIII əsrin ortalarından XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərib. Bu məktəblər rəsmi və qeyri-rəsmi məktəblərdən fərqlənirdi və şərti olaraq belə adlanırdı. Bu, o dövrdə təhsil sisteminin tərkib hissəsi olan bu məktəblərdə, yəni ailədə ata-ana, yaxud ailənin hər hansı bir savadlı üzvünün yanında fərdi təhsil almaq yolu idi. Bir sıra mütərəqqi şəxslər, təhsilli adamlar öz uşaqlarına və qohumlarına məhz evdə savad öyrətməklə məşğul olurdular. Ayrı-ayrı şair, yazıçı və sənət adamlarının tərcümeyi-hallarına nəzər salarkən bu cəhəti aydın görmək olar. Şuşada Ağabəyim ağaya, Gövhər ağaya, Xurşidbanu bəyimə, onun övladlarına, Qasım bəy Zakirin qız nəvələrinə və başqalarına evdə savad öyrətmişlər. Məhz bu ailə məktəbinin təsiri və köməyi ilə onlar dövrünün ən savadlı və mədəni şəxsiyyətlərindən olmuşlar.

Şuşada Gövhər ağanın adını daşıyan məscidin nəzdində açılan tədris ocağı Gövhəriyyə məktəbi adlanırdı. 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məscidini - Gövhər ağa məscidini əsaslı surətdə bərpa etdirəndən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdır. Burada oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Məktəb el arasında “Gövhəriyyə məktəbi” adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsinin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı. 1920-ci ilə qədər fəaliyyət göstərmişdir.

Şuşada ibtidai təhsil verən ana dilli məktəbi “Səfərəli bəyin məktəbi” 1883-cü ildə görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov tərəfindən açılıb. Yay tətili zamanı Şuşada istirahət edən Zaqafqazıya (Qori) Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin ibtidai məktəb müəllimi Səfərəli bəy Vəlibəyov müvəqqəti olsa da, məktəb açaraq uşaqlara savad öyrədirdi. Onun məktəbində müxtəlif təbəqələrdən olan iyirmi beş şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. Səfərəli bəy Vəlibəyov şagirdlərə yalnız savad öyrətməklə kifayətlənmir, eyni zamanda, yerli məktəbdarlara səs üsulunun üstünlüyünü izah edir, bu üsulla dərs deməyin əhəmiyyətini əyani şəkildə göstərirdi.

Şuşada üçüncü dərəcəli xüsusi oğlan məktəbi olan Şuşa rus-Azərbaycan məktəbi 1893-cü ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu Camal bəy Fətəlibəyov tərəfindən açılmışdı. Xalq arasında bəzən o, yaradıcısının adı ilə “Camal bəyin məktəbi” adlandırılırdı. Zadəgan Adıgözəlovların evində (ildə 60 manat kirayə haqqı verməklə) yerləşirdi. Məktəb təhsil haqqından toplanan vəsaitlə idarə olunurdu. Ən çox şagirdi olan təhsil müəssisələrindən sayılırdı. 1893-cü ildə 25, 1895-ci ildə 60, 1896-cı ildə 80 şagirdi vardı. İldə hər şagirddən 6-12 manat təhsil haqqı alınırdı. Kasıblar təhsil haqqından azad edilirdi. Onlardan 12-si pulsuz oxuyurdu. Təlim dini üsulla aparılırdı. Məktəbin tədris planına ana dili, rus dili, hesab, rəsmxət, nəğmə dərsləri daxil idi. İki sinifdən ibarət olan bu məktəbdə şagirdlər iki il ərzində Azərbaycan və rus dillərində mükəmməl savad alırdılar. Mahiyyət etibarı ilə hazırlıq sinfi rolu oynayan bu təhsil müəssisəsi Zaqafqaziyanın xüsusi məktəblərinə aid ümumi qaydalara əsaslanırdı. Burada oxuyanlar şəhər və realnı məktəblərinə daxil olmaq hüququ qazanırdılar. Camal bəy Fətəlibəyov 1896-cı ildə Şuşa qəzasının başqa bir məktəbinə müdir göndərildiyinə görə onun yerinə müəllim Səməd bəy Ağayev təyin edilmişdi.

Şuşa üçüncü dərəcəli xüsusi məktəbi rus-Azərbaycan məktəbləri tipində Şuşada yeni məktəb idi. 1895-ci il sentyabrın 19-da İrəvan Müəllimlər Seminariyasının məzunu Hüseyn bəy Rüstəmbəyov tərəfindən açılmışdı. Bu tədris ocağı cəmi bir il fəaliyyət göstərib. Hüseynəli bəy Rüstəmbəyovun Şamaxı qəzasının Lahıc kənd məktəbinə dəyişməsi ilə əlaqədar məktəb bağlanmışdı.

Şuşada Mir Möhsün Nəvvabın yeni üsullu ana dilli məktəbi XIX əsrin 90-cı illərində fəaliyyətə başlamışdır. Burda Azərbaycan dili, ədəbiyyat, fars dili və digər fənlər tədris edilir, dünyəvi elmlərdən məlumat verilirdi. Mir Möhsün Nəvvabın çox mühüm xidmətlərindən biri öz məktəbində tədris etmək üçün dərslik və dərs vəsaitləri “Kəşf-ül-həqiqə”, “Kifayət-ül ətval”, “Vüzüh-ül ərqan” və “Nəsihatnamə” adli dərslikləri tərtib etməsidir.

Şuşa müsəlman şiə məktəbi Azərbaycanda ilk müsəlman məktəblərindən biridir. 1840-cu il aprelin 23-də fəaliyyətə başlamışdır. Bu məktəbi açmaqla məqsəd şiə təriqətinə mənsub müsəlman uşaqlarına lazım olan həcmdə şəriət dərsi keçmək və rus dilində müvafiq bilik verməkdən ibarət idi. Təcrübə üçün iki il müddətinə açılmış bu tədris müəssisəsinin maliyyə vəsaiti, əsasən, yerli əhalidən toplanılan ianələrdən ibarət idi. Silki tərkibinə görə şagirdlərin əksəriyyətini bəy, xan və ruhani uşaqları təşkil edirdi. Məktəbin tədris planına şəriət, Azərbaycan dili, ərəb, fars və rus dilləri, hesab, coğrafiya, tarix, hüsnxət və rus qanunşünaslığı fənləri daxil idi. Hüququ etibarilə qəza məktəblərinə yaxın və tip etibarı ilə yeganə olan məktəbdə şagirdlər yaş və bilik dərəcələrinə görə siniflərə bölünürdülər. Birinci sinifdə şagirdlər “Müsəlman kursu” üzrə ərəb əlifbasını öyrənir, Quran oxuyur, Azərbaycan dilinin qrammatikası ilə tanış olurdular. İkinci sinifdə əsas fənn fars dili idi. Burada başlıca olaraq Azərbaycan və Şərq klassiklərinin əsərləri tədris edilirdi. Üçüncü sinfin proqramı daha mürəkkəb idi. Burda ərəb dilinin qrammatikası ilə bərabər ərəb dilində olan kitablar əsasında məntiq, ritorika, şəriət qanunları, Quranın təfsiri, kosmoqrafiya və metafizika öyrədirdilər. Az müddət içərisində Şuşa Müsəlman Şiə Məktəbi özünün uğurları ilə başqa məktəblərdən fərqlənməyə başladı.

Məktəbin ilk buraxılışı 1852-ci ildə olmuş, buranı altı nəfər - Əli Nəsirbəyov, İbrahim Əlibəyov, Kərim Cəfərbəyov, Mehdi Qurbanbəyov, Həsənəli Vəlibəyov və Nazim Naibov bitirmişdi. 1861-ci ildə fəaliyyətini dayandıran Şuşa Müsəlman Şiə Məktəbi Qarabağda xalq maarifinin inkişafında və yeni məktəblərin meydana gəlməsində mühüm rol oynamışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO