Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Şuşa, 18 iyul, Leyla Muradzadə, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, konfransın məqsədi qadının dəyəri, onun statusu və hüquqları barədə mövcud yanaşmalar haqqında ətraflı fikir mübadiləsi aparmaqla İslam mədəniyyətinin təbliğində qadınların rolunun gücləndirilməsinin vacibliyini bir daha vurğulamaq, onları İslam dünyasının inkişafına yönələn bütün istiqamətlərdə fəal olmağa çağırmaqdır.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsini önəmli hadisə olduğunu vurğulayan komitə sədri deyib: “Bu gün Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ölkəmizdə keçiriləcək.

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır.

Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların da iştirakı bunun əyani sübutudur”.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizin İslam dünyasının bir parçası olduğunu, tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atdığını söyləyib. Şərqdə ilk qadın opera bəstəkarının, ilk təyyarəçi xanımın, ilk qadın kinorejissorun azərbaycanlı olduğunu xatırladan komitə sədri bunun Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına önəmli töhfələr verdiyini təsdiqləyən faktların yalnız bir hissəsi olduğunu bildirib. Deyib ki, bu, həmçinin xalqımızın böyüklüyünü, müdrikliyini, ümumbəşəri dəyərlərə bağlılığını göstərir.

İşğala son qoyduqdan sonra dövlətimiz azad olunmuş torpaqlarda xariqələr yaratdığını söyləyən R.Məmmədov Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini və mədəniyyət abidələrinin bərpası olduğunu söyləyib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işlərinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəsindəki qadınların hüquqlarından danışıb, onların bir çox sahələrdə rəhbər vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb.

“Türkiyə və Azərbaycanda qadın hüquqlarına hörmət bir çox ölkələrə baxdıqda daha ön sıralarda yer alır”, - deyə o bildirib.

Səfir qeyd edib ki, ölkələrimiz arasında qadın və uşaqlarla bağlı bir çox proqramlar, layihələr həyata keçirilir.

VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirmə aparılmalıdır. Ümidvaram ki, görülən tədbirlər nəticəsində müsəlman qadınları dünyada terrorçu kimi deyil, vəkil, siyasətçi, həkim, müəllim, savadlı insan, ailənin təməli kimi tanınacaqlar.

O, bəzi İslam ölkələrində hələ də qadınların hüquqlarının pozulması hallarının baş verdiyini deyib. “İslam Əməkdaşlıq Təşkilatı, həmçinin müxtəlif ölkələrin müvafiq qurumları və İslam dünyasının problemlərini araşdıran təsisatlar bu istiqamətdə önəmli tədbirlər təşkil edir”, - deyə Hicran Hüseynova diqqətə çatdırıb.

Mədəniyyət nazirin müavini Səadət Yusifova qadınların əzəldən bəri dialoq tərəfdarı olduqlarını, tarixin yeni dönəmində Azərbaycanın quruculuğuna, “Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfələrini verdiklərini, Böyük Qayıdışın aparıcı qüvvələrindən olduqlarını deyib. O, Azərbaycan qadınının həm ailədəki, həm də cəmiyyətdəki sarsılmaz mövqeyinin dövlətimizin uğurlu sosial siyasətinin nəticəsi olduğunu vurğulayıb.

X X X

Konfrans işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən panel iclasla davam etdirib.

Komitə sədrinin müavini İslam coğrafiyasında qadınların təhsilalma hüququnun dünyada ümumi göstəricidən tam aşağı olduğunu deyib.

Qeyd edib ki, İslam dünyasında müsəlman kişilər 6,9 il təhsil aldıqları halda, müsəlman qadınlarda bu rəqəm 4,9 il təşkil edir. Müsəlman kişilərinin yalnız 10 faizi, qadınların isə 6 faizi təhsilini davam etdirir.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu haqqında danışıb. O diqqətə çatdırıb ki, hazırda işğaldan azad edilmiş Ağalı kəndində qadınların sayı kişilərdən çoxdur.

VI çağırış Milli Məclisin Deputatı Ceyhun Məmmədov Azərbaycan cəmiyyətinin ən vacib yanaşmalardan biri olan qızların mütləq şəkildə təhsil almalarının önəmini qeyd edib.

C.Məmmədov bəzi ölkələrdə qadın və kişilərin bir məkanda, fərqli tədbirlərdə iştirak etmək hüquqlarının olmadığı məsələsinə də toxunub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Şuşanın tanınmış qadın şəxsiyyətlərinin şəhərin tarixində rolundan bəhs edib. Rektor Xurşidbanu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəminə kimi ədiblərin Azərbaycanın mədəniyyətinə böyük töhfələr verdiklərini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı Azərbaycanın mina problemindən bəhs edib. Bildirilib ki, ermənilər işğaldan azad olunan əraziləri minalayıblar. Bu qeyri-insani addımın təkcə İslamda deyil, bütün dinlərdə tənqid olunduğu vurğulanıb.

“Əhməd Ağaoğlu” İctimai Birliyinin sədri Nigar Axundova isə, öz növbəsində, Əhməd bəy Ağaoğlunun müsəlman cəmiyyətində qadınlara olan münasibətindən söz açıb.

Tədbir müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səməd Vurğunun yubileyinə həsr olunmuş konsertdə şagirdlərin ifasında əsərlər səsləndirilib

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

Prezidentin Qarabağ səfəri zəngin proqramı və mühüm hadisələrlə yadda qaldı ŞƏRH

Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı kitab sərgisi açılıb

Yaroslavlda Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Praqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert təşkil edilib

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

İsveçin Höteborq şəhərində Azərbaycan Müstəqillik Günü qeyd edilib

Uşaqlara dəstək: “Əlini mənə ver, dostum” adlı xeyriyyə sərgisi

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"

Qazaxıstanın Aktau şəhərində robot itlər ictimai məkanlarda patrul xidməti aparır

Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Praqada Faiq Sücəddinovun yaradıcılıq axşamı

Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən sürücülərə müraciət edib

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ

Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi: “Balaca şahzadə”

FHN: Vətəndaşlara fövqəladə hallarda düzgün davranış qaydaları izah olunub

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

Bu saata olan əsas xəbərlər

Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür

Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

“Sabah” nigeriyalı futbolçu ilə yollarını ayırıb

Şahdağa qar yağıb - Faktiki hava

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər

Yaponiyada gözlənilən hava şəraiti ilə əlaqədar 300-ə yaxın uçuş təxirə salınıb

ÜST: Tütün hər il 7 milyondan çox insanın ölümünə səbəb olur

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

ABŞ, Böyük Britaniya və Avstraliya sualtı dron texnologiyasını inkişaf etdirəcək

İsrail Livana növbəti dəfə zərbə endirib, 9 suriyalı qaçqın ölüb

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

ABŞ Prezidenti: İstədiyimizə nail oluruq

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var – YENİLƏNİB 2

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

NASA: ABŞ-nin üzərində meteorit partlayışının gücü 300 ton trotil gücünə bərabər olub

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

Sabah Moskvada gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Media: “Hizbullah” İsrailin şimalına hava zərbələri endirib

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq