Şuşalıların dədə-baba yurdlarına ziyarəti davam edir
Bakı, 19 avqust, AZƏRTAC
Şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarında tarixi məkanlara ziyarəti davam edir.
AZƏRTAC xəbər verir ki, Şuşa sakinləri tərəfindən Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri ziyarət olunub. Onlar Yuxarı Gövhərağa məscidində namaz qılıb, dualar ediblər. Daha sonra Natəvan bulağı, Pənahəli xan tərəfindən inşa edilən Şuşa qalası ziyarət olunub.
Qeyd edək ki, səfərdə 52 Şuşa sakini iştirak edir. Şuşalıların şəhərə səfərləri mərhələli şəkildə davam edəcək.