Şuşanın əsl sakinləri doğma şəhərlərində olmağın sevincini yaşayırlar
Bakı, 19 avqust, Səlim Rəhimzadə, AZƏRTAC
Avqustun 19-da Şuşa sakinlərinin doğma şəhərlərinə səfərləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, işğaldan azad edilən Şuşaya ilk dəfə ayaq basan bu tarixi şəhərin əsl sakinləri əvvəlcə öz evlərini ziyarət edib, xatirələrini jurnalistlərlə bölüşüblər. Şuşalılar bu günü onlara yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qüdrətli Ordumuza minnətdarlıqlarını ifadə edib, tezliklə öz doğma torpaqlarına əbədi yaşamaq üçün geri dönəcəkləri günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.
Daha sonra şuşalılar Cıdır düzündə olublar.