Tacikistanın “Xovar” Milli İnformasiya Agentliyinin direktoru
Saidali Siddik
Hörmətli Aslan Əhməd oğlu!
Sizi və agentliyin bütün kollektivini AZƏRTAC-ın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm!
100 il sanballı və şanlı tarixdir. Sizin kollektiv bu illər ərzində uzun yol qət edib, böyük həyat və peşə təcrübəsi toplayıb, dünyanın informasiya agentlikləri arasında layiqli nüfuz qazanıb.
Bizə çox xoşdur ki, bu illər ərzində Tacikistanın “Xovar” Milli İnformasiya Agentliyi ilə AZƏRTAC arasında qardaşlıq, işgüzar və qarşılıqlı etimada dayanan münasibətlər yaranıb və bu da ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri üzərində qurulub. Agentliklərimiz üzv olduqları MDB İnformasiya Şurası çərçivəsində əməkdaşlıq edirlər.
Xatırlayırsınızsa, bizim ölkənin Prezidenti Emoməli Rəhmonun 2018-ci ildə Bakıya rəsmi səfəri zamanı, - biz sizinlə bu səfərin bilavasitə şahidi olduq, - Sizin dövlətin başçısı İlham Əliyev bildirdi ki, müstəqil dövlətlərimiz arasında bu gün uğurla inkişaf edən münasibətlərin əsasını hörmətli prezidentlər Emoməli Rəhmon və Heydər Əliyev qoyublar. Ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq və qarşılıqlı faydalı dəstək ənənələri bu gün davam edir, möhkəmlənir və yeni formalar kəsb edir.
Bu gündə Sizə və bütün kollektivinizə cansağlığı, uğurlar, bahar ovqatı, yeni cəsarətli planlar və parlaq təşəbbüslər həyata keçirilməsini və əlbəttə, gündəlik işinizdə yaxşı xəbərlər arzu edirik.
Hörmətlə,
Saidali Siddik
Tacikistanın “Xovar” Milli İnformasiya Agentliyinin direktoru