Tahir Mirkişili: Ötən doqquz ay ərzində Azərbaycanda qeyri-neft ixracı artıb
Bakı, 3 noyabr, AZƏRTAC
Ötən doqquz ay ərzində Azərbaycanda qeyri-neft ixracı artıb. Bu il ərzində azad olunmuş ərazilərin bərpası üçün nəhəng layihələr davam etdirilib. İndiyədək büdcədən bu istiqamətə 4 milyard manatdan çox vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
T.Mirkişili qeyd edib ki, 2023-cü ildə bizi ciddi çağırışlar gözləyir. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır. Hədəflərə və çağırışlara cavab vermək üçün imkanlar mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]