DÜNYA
Tailandda Yeni il tətilində baş verən yol qəzalarında 236 nəfər ölüb
Bakı, 1 yanvar, AZƏRTAC
Tailandda Yeni illə əlaqədar birhəftəlik bayram tətilinin ilk dörd günündə baş verən 2194 yol qəzasında 236 nəfər ölüb, 2265 nəfər xəsarət alıb.
AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, ən çox qəza Çyanq May və Naxon Ratkazima bölgəsində (müvafiq olaraq 79 və 77 qəza) qeydə alınıb. Baş verən qəzaların 42 faizi alkoqol qəbul etmiş sürücülər tərəfindən törədilib, 28 faiz qəza isə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində baş verib. Ən çox qəzanı (80 faiz) motosikletlər törədib.
Bayram günlərində yol polisi yol hərəkəti qaydalarının pozulması ilə bağlı 177 mindən çox fakt aşkarlayıb.
Qeyd edək ki, Tailandda insanların “təhlükəli həftə” adlandırdığı Yeni il bayramı tətilində hər dəfə çoxlu yol qəzaları baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]