TARİX-DİYARŞÜNASLIQ MUZEYİ YENİ BİNADA
Şamaxı tarix–diyarşünaslıq muzeyi yeni binaya köçürülmüşdür. Burada qədim diyarın tarixinin ayrı-ayrı dövrlərini əks etdirən eksponatların nümayişi üçün hər cür şərait yaradılmışdır.
Muzeyin direktoru Firqiyə Zamanova müxbirimizə bildirmişdir ki, ayrı-ayrı şöbələrdə tariximizin müxtəlif dövrlərinin yadigarı olan 8000-dən çox eksponat vardır. Salonların tərtibatını, ümumi dizayn işlərini xüsusi mütəxəssislər qrupu həyata keçirmişdir. İndi muzeyə gələnlər Azərbaycan, onun qədim diyarı Şamaxı barədə zəngin məlumatlar əldə edəcəklər.