Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TARİX ONU YARADANLARI YAŞADIR, BÖHTANÇILARI, İFTİRAÇILARI YOX!
ÖLKƏMİZİN GÖRKƏMLİ ALİMLƏRİ, TANINMIŞ ALİ MƏKTƏB İŞÇİLƏRİNİN “AMALÇI”LARA CAVABI BELƏDİR: AZƏRBAYCANDA ALİ TƏHSİLİN İNKİŞAFINDA, ÖLKƏNİN İNTELLEKTUAL VƏ KADR POTENSİALININ YÜKSƏLİŞİNDƏ MÜSTƏSNA XİDMƏTLƏRİ OLAN TARİXİ ŞƏXSİYYƏT, QÜDRƏTLİ DÖVLƏT XADİMİ PREZİDENT HEYDƏR ƏLİYEVƏ QARŞI DAĞIDICI MÜXALİFƏTİN BAŞLADIĞI İZDƏNİRAQ BÖHTAN KAMPANİYASI İFLASA MƏHKUMDUR...

Azərbaycan bu gün tarixi hadisə - növbəti prezident seçkiləri ərəfəsindədir. Adətən, belə hadisələr ölkənin siyasi həyatında müəyyən canlanmaya səbəb olur. Əfsuslar olsun ki, dövlətçiliyimiz üçün taleyüklü belə bir tarixi məqamda ictimai-siyasi meydanda o qədər də tanınmayan, xalqın dəstəyini almayan, özünü “Amal” ziyalılar hərəkatı” adlandıran bir qrup şəxs müxalifət mətbuatında ziyalılar adından bəyanat verərək, ölkəmizin Prezidentinin ünvanına böhtanlar yağdırır, onun səhhəti ilə bağlı milli əxlaq normalarına, ziyalılığa zidd olan fikirlər söyləməkdən belə çəkinmirlər. Əslində bu şəxslər qarşıdan gələn prezident seçkilərini anarxiyaya çevirməyə cəhd edən dağıdıcı müxalifətin əlində oyuncağa, siyasi maraqların girovuna çevriliblər. Özünü ziyalı adlandıran şəxslər bilməli idilər ki, Azərbaycanda ali təhsilin, elmin inkişafında, Vətənimizdə milli kadr potensialının, ölkənin intellektual potensialının üstün inkişafında, ali məktəb şəbəkəsinin genişlənməsində müstəsna xidmətləri olan, sözün geniş mənasında xalq ziyalısı olan Prezidentimizin səhhəti mövzusunu siyasi möhtəkirlik vasitəsinə çevirmək yumşaq desək, mənəviyyatsızlıqdan, Azərbaycan ziyalılığına hörmətsizlikdən başqa bir şey deyildir.

Biz, Azərbaycanın ali təhsil işçiləri “Amalçı”ların ölkəmizin Prezidentinə ünvanlanmış həmin bəyanatını dağıdıcı müxalifət partiyaları və onların himayəsində olan mətbuat orqanlarının diktəsi ilə hazırlandığını qeyd edir, respublikamızda ictimai-siyasi sabitliyi pozmağa, anarxiya və xaos yaratmağa yönəlmiş təxribata cəhd kimi dəyərləndirir, onu qətiyyətlə pisləyir, Azərbaycan təhsilinin parlaq sabahının təminatçısı, milli dövlətçiliyimizin qarantı olan Prezident Heydər Əliyevin siyasi kursunu yekdilliklə dəstəklədiyimizi bir daha bəyan edirik.

Tarix və zaman çoxdan sübut etmişdir ki, Heydər Əliyev hakimiyyətdə olduğu bir qərinə ərzində hər zaman təhsilin inkişafı keşiyində duraraq, ona ölkənin intellektual və kadr potensialı yüksəlişinin əsas amili kimi baxmış, respublikada ali məktəb şəbəkəsinin genişləndirilməsini siyasi və dövlətçilik fəaliyyətinin ana xətti hesab etmişdir.

Əslində Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri - Əliyev epoxası milli təhsilimizin əsas sahələrindən olan ali təhsilin əsl intibah dövrü kimi qavranılır. Azərbaycana ilk rəhbərliyi dövründə 5 yeni ali məktəbin yaradılması, keçmiş SSRİ-nin tanınmış ali məktəblərində respublikanın gələcək inkişafı yolunda misilsiz tarixi xidmət olan 15 mindən artıq yüksək ixtisaslı milli kadrların yetişdirilməsi, ali məktəblərdə mənəvi iqlimin saflaşdırılması, yüzlərlə ali məktəb işçisinə fəxri adların, orden və medalların verilməsi və s. bu kimi qlobal işlər Heydər Əliyev şəxsiyyətinin vətən və millət qarşısında tarixi xidmətləridir. Bunları görməmək, onları qiymətləndirməmək milli amaldan, milli mənafedən uzaq olmaq siyasi korəfəhlilik deyil, bəs nədir?!...

Prezident Heydər Əliyevin 1993-cü ilin iyununda ölkə rəhbərliyinə xilaskar missiyalı qayıdışı Azərbaycan dövlətçiliyini dağılmaqdan, millətimizi parçalamaqdan xilas etdiyi kimi, ali təhsil müəssisələrini, bütövlükdə təhsil sistemini böhran vəziyyətindən çıxardı. İndiki müxalifətin bərbad vəziyyətə saldığı dövlət ali təhsil məktəblərinin normal ahəngini bərpa etdi. Bu həqiqəti görməmək insafsızlıq, ədalətsizlik olardı ki, dövlət ali məktəblərində ödənişli təhsilə məhz möhtərəm Prezidentimizin xeyir-dua verməsi ali məktəblərimizin maddi-texniki bazasının möhkəmlənməsinə, ali məktəb işçilərinin sosial təminatının yaxşılaşmasına kömək etdi.

Müstəqillik illərində Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörənliyi ilə ali təhsil sahəsində də uğurlu islahatlar aparılmış, onun qayğısı sayəsində vaxtilə xəyal olan milli hərbi təmayüllü ali təhsil müəssisələrinin şəbəkəsi yaradılmış, 6 aparıcı ali məktəbə müstəqil idarəetmə statusu verilmiş, yeni ali təhsil müəssisələri açılmış, bir çox ali məktəbin elmi tədris statusu artırılmış, xarici ölkələrdə təhsil alan gənclərimizin sayı artmış, nüfuzlu özəl ali məktəblərimiz formalaşmışdır. Bu tarixi reallığı hamı təsdiq edir ki, Azərbaycanın son 33 ildə milli kadr potensialının, ölkənin intellektual səviyyəsinin ölçüyəgəlməz dərəcədə yüksəlişində möhtərəm Heydər Əliyevin misilsiz xidmətləri vardır. Əslində bu dövrdə milli tariximizdə, xüsusən xalqımızın mədəni inkişaf salnaməsində yaxşı nə varsa, təhsilimizdə hansı uğurlar, yeniliklər varsa, hamısı müdrik insan, xalqın inkişaf və tərəqqi yoluna hər zaman işıq tutan həqiqi ziyalı Prezident Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının gözləri qarşısında baş verən bu həqiqətləri görmədən, qiymətləndirmədən, millətimizin inam və güvənc yeri olan Prezident Heydər Əliyevin səhhəti mövzusunu siyasi alver vasitəsinə çevirənləri, uca ziyalı adına ləkə gətirənləri, ziyalılığı hörmətdən salanları xalqı çaşdırmamağa, ziyalıların adından danışmamağa, haqq yoluna gəlməyə dəvət edirik.

Biz, ölkənin bütün təhsil işçiləri ilə, bütün xalqımızla birgə qarşıdan gələn prezident seçkilərində milli liderimiz Heydər Əliyevə - Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəyik.

Azərbaycanın müasir tarixinə öz əbədi imzasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya azərbaycanlılarının iftixarı möhtərəm Heydər Əliyev pak, müdrik insandır, tarixi şəxsiyyətdir. Azərbaycan dövləti və xalqı qarşısında, ölkənin intellektual və kadr potensialının yüksəlişində, təhsilin üstün inkişafında müstəsna xidmətləri olan İnsanın ünvanına qara yaxanlar, böhtan və iftira yağdıranlar gec-tez iflasa uğrayacaq, tarix səhnəsindən izsiz-soraqsız silinəcəklər. Bu, tarix və zamanın əbədi və dəyişməz qanunudur. Bu adi həqiqəti dərk etməyənlərə yazıqlar olsun!

Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü

Siyavuş Qarayev - Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Əli Abbasov - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, AMEA-nın müxbir üzvü

İsa Həbibbəyli - Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü

İsmayıl Hacıyev - AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik

Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor

 

Bəhlul Ağayev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor

Havar Məmmədov - Azərbaycan Texniki Universitetinin rektoru, professor

Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor

Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının professoru

Fərhad Bədəlbəyli - Bakı Musiqi Akademiyasının rektoru, professor

Ağacan Abiyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, fəxri idman ustası, professor

Kamal Abdullayev - Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, professor

İsa Məmmədov - Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru, dosent

Səməd Seyidov - Azərbaycan Dillər Universitetinin rektoru, professor

Akif Hacıyev - Mingəçevir Politexnik İnstitutunun rektoru, dosent

Nadir Qəhrəmanov - Sumqayıt Dövlət Universitetinin rektoru, professor

Timurçin Əfəndiyev - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor

Mübariz Yusifov - Gəncə Dövlət Universitetinin rektor əvəzi, professor

Məmmədtağı Cəfərov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü

Telman Məlikov - Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, professor

Səlahəddin Xəlilov - “Azərbaycan” Universitetinin rektoru, professor

Elşad Abdullayev - Azərbaycan Beynəlxalq Universitetinin rektoru

Əhməd Vəliyev - “Odlar Yurdu” Universitetinin rektoru

Müşviq Atakişiyev - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru

Hamlet İsaxanlı “Xəzər” Universitetinin rektoru

İsmayıl Əliyev - Naxçıvan Özəl Universitetinin rektoru

Ağarəhim Rəhimov - Bakı Ali Pedaqoji Qızlar Seminariyasının rektoru, professor

Rasim Nəbiyev - Ali İctimai-Siyasi Kollecin rektoru

Eldar Zülfüqarov - Kooperasiya Universitetinin rektoru

Cəlil Nağıyev - Bakı Asiya Universitetinin rektoru, professor

İbad Abbasov - Bakı Biznes Universitetinin rektoru, professor

Nazim Hüseynli - Ali Diplomatiya Kollecinin rektoru

Jalə Qəribova - Qərb Universitetinin prorektoru

Baba Babayev - Müstəqil Azərbaycan Universitetinin prorektoru

Hüseyn Qaraşov - Əmək və Sosial Münasibətlər Akademiyası Bakı Filialının direktoru

Məmmədhənifə Musayev - Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi, dosent

Fuad Qasımzadə - Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın həqiqi üzvü

Yusif Məmmədov - Bakı Dövlət Universitetinin dekanı, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Vasif Babazadə - Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Vasim Məmmədəliyev - Bakı Dövlət Universitetinin dekanı, AMEA-nın müxbir üzvü

Müseyib Müseyibov- Bakı Dövlət Universitetinin dekanı, professor, əməkdar elm xadimi

Rəsul Muradov - Bakı Dövlət Universitetinin dekanı, professor

Ağavəli İbrahimov - Bakı Dövlət Universitetinin dekanı, professor

Yaqub Mahmudov - Bakı Dövlət Universitetinin dekanı, professor, əməkdar elm xadimi

Məhəmməd Mehdiyev - Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü

Abuzər Xələfov - Bakı Dövlət Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, professor

Qəmbər Namazov - Bakı Dövlət Universitetinin dekanı, professor

Həmid İmanov - Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Məmmədəli Zeynalov - Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Sabir Əliyev - Azərbaycan Tibb Universiteti, əməkdar müəllim, professor

Rafiq Məmmədhəsənov - Azərbaycan Tibb Universiteti, əməkdar elm xadimi, professor

Məmməd Nəsirov - Azərbaycan Tibb Universiteti, əməkdar elm xadimi, professor

Abbas Axundbəyli - Azərbaycan Tibb Universiteti, əməkdar elm xadimi, professor

İbrahim İsayev - Azərbaycan Tibb Universiteti, professor

Ağabəy Sultanov - Azərbaycan Tibb Universiteti, professor

Zəhra Quliyeva - Azərbaycan Tibb Universiteti, professor

Bağır Bağırov - Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Rafiq Quliyev - Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, AMEA-nın müxbir üzvü,

Səfərəli Babayev - Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü

Sadıq Vəliyev - Azərbaycan Müəllimlər İnstitutu Naxçıvan filialının direktoru, dosent

Raya Nəcəfova - Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru, dosent

Əlizadə Nəcəfov - Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının direktoru, dosent

Mail Aslanov - Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının direktoru, dosent

Rafiq Rəsulov - Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının direktoru, dosent

 

Vədud Məmmədov - Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının direktoru, dosent

Məmməd Əliyev - Azərbaycan Müəllimlər İnstitutu Quba filialının direktoru, professor

Səfər Raziyev - Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının direktoru, dosent

İsa Veysov - Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru, dosent

Aslan Dəmirov - Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının direktoru, dosent

Ramiz Məmmədov - Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının direktoru, professor

Allahverdi Eminov - Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının direktoru, dosent

Abdulla Mehrabov - Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru

Ramiz Hümbətov - Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru, professor

Vaqif Sadıqov - “Odlar Yurdu” Universitetinin prorektoru, professor

Samir Vəliyev - “Odlar Yurdu” Universitetinin prorektoru, dosent

Veysəl Əyyubov - Mingəçevir Politexnik İnstitutunun prorektoru

Orucəli Rzayev - Gəncə Dövlət Universitetinin prorektoru, dosent

Rafiq Sadıqov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru

Zeydulla Ağayev - Azərbaycan Dillər Universitetinin prorektoru, professor

Natiq Yusifov - Azərbaycan Dillər Universitetinin prorektoru, professor

İlham Mərdanov - Azərbaycan Dillər Universitetinin prorektoru, professor

Arif Şərifov - Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, professor

Ramiz Quliyev - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının prorektoru, dosent

Cəlil Hüseynov - Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru

Dilqəm Quliyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru

Mircəfər Həsənov - Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, professor

Rafiq Qəndilov - Təhsil Problemləri İnstitutunun direktor müavini

Yəhya Kərimov - Təhsil Problemləri İnstitutunun direktor müavini, professor

Sevindik Vəliyev - Naxçıvan Dövlət Universitetinin dekanı, filologiya elmləri doktoru

Mərziyə Ağayeva - Naxçıvan Dövlət Universiteti beynəlxalq əlaqələr şöbəsinin müdiri

Məmməd Bektaşi - Naxçıvan Dövlət Universiteti, əməkdar müəllim, dosent

Həsən Balıyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor

Qardaşxan Orucov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Ələkbər Qurbanov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Süleyman Məmmədov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Himalay Qasımov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin rofessoru

Fərrux Ramazanov - Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Rəhim Şükürov - Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Zərifə İsgəndərzadə - Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Əsgər Tağızadə- Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Arif Məmmədov - Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Davud Axundov - Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru

Knyaz Əliyev - Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru

Həbib Ocaqov - Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru

Yaqub Piriyev - Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti

Əbülfəz Qasımov - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Maqsud Cəlilov - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, əməkdar müəllim

Tofiq Quliyev - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

İsmayıl Feyzullabəyli - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Həsən Allahverdiyev - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Arif Babayev - Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti

Rafiq İmrani - Azərbaycan Milli Konservatoriyasının professoru

Şəfiqə Eyvazova - Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti

Ağaverdi Paşayev - Azərbaycan Milli Konservatoriyasının professoru

Vaqif Əbdülqasımov - Azərbaycan Milli Konservatoriyasının professoru

Arif Məlikov - Bakı Musiqi Akademiyasının professoru

Fidan Qasımova - Bakı Musiqi Akademiyasının professoru

Xuraman Qasımova - Bakı Musiqi Akademiyasının professoru

Vasif Adıgözəlov - Bakı Musiqi Akademiyasının professoru

Azər Rzayev - Bakı Musiqi Akademiyasının professoru

Mais Ağabəyov - Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Nadir Əbdürrəhmanov - Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Böyükağa Mirzəzadə - Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Fuad Salayev - Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Oqtay Ağayev - Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının dekanı, fəxri idman ustası, professor

Bəhram Nərimanov - Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, fəxri idman ustası, professor

Zeynəb Rzayeva - Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti

Oqtaq Rzaquliyev - Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Cahangir Məmmədov - Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Bela Musayeva - Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Məmməd Qocayev - Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Əkrəm Əliyev - Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Nurəddin Kazımov - Azərbaycan Dillər Universitetinin professoru

Mehparə Qaibova - Azərbaycan Dillər Universitetinin professoru

Xalid Qurbanov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Əhməd Həsənov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Rəhim Mehdiyev - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Mirzə Əliyev - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Ələddin Əsgərov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Akif Salehov - “Odlar Yurdu” Universitetinin dekanı, professor

Tərlan Abdullayev - “Odlar Yurdu” Universitetinin dekanı, professor

Fikrət Seyidov - “Odlar Yurdu” Universitetinin kafedra müdiri, professor

Arif Bədəlov - Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri

Sadəddin Sərdarlı - Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri

Saleh İbrahimov - Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri

Firudin Məmmədov - Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü

Həsən Sadıqov - Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor

Əkbər Ağayev - Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor

Ramiz Sultanov - Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor

Sadıq Şükürov - Gəncə Dövlət Universitetinin professoru

Əhəd Nəbiyev - Azərbaycan Texnologiya Universitetinin professoru

Oruc Abdullayev - Azərbaycan Texnologiya Universitetinin professoru

Əliabbas Qədirov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

Eldar Quliyev - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

Cənnət Səlimova - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

Ələkbər Məmmədov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, professor

Canəli Əkbərov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor

Şəmistan Mikayılov - Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor

Akif Abbasov - Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor

Cəmi 161 imza.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xidmət rəisi: İnsanlar qızmar yay günlərində diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər

BMU ilə Koreyanın INHA Universiteti arasında Niyyət məktubu imzalanıb

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib YENİLƏNİB

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Sahibkarlarla görüşdə “DOST Müfəttiş” layihəsi təqdim olunub

Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib YENİLƏNİB

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi  ŞƏRH

MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom aldılar

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçib

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinlənilib

Sahibkarlığın İnkişafı Fondu: Altı ayda 102,7 milyon manat güzəştli kredit verilib

Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb

Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Göygöldə Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi olub

Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib   YENİLƏNİB

“Azərişıq” ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb

Naxçıvanda “Yaşıl dünya könüllüləri” mükafatlandırılıb

“People's Daily online”: Çin turistləri Azərbaycanı seçirlər

DİM rəhbəri: Süni intellektlə bağlı hadisələrin sonrakı inkişafı bizim özümüzdən asılıdır

Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcək

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Məleykə Abbaszadə: Ənənə və innovasiya vəhdət təşkil etməlidir

Naxçıvan Dövlət Universitetində “Gələcəyə inam” layihəsi icra olunub

“Euronews”: Azərbaycan ənənəvi enerji sektorunu şaxələndirmək niyyətindədir

Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi əsası yoxdur - AÇIQLAMA

“Neftçi”nin futbolçusu: Çempionlar Liqasında heç bir komandaya təslim olmaq istəmirik

Mikayıl Müşfiq küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulacaq

Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı haqqında elmi seminar keçirilib

Çinli diplomat: Azərbaycanın İKT sektoruna investisiya qoyacaq Çin şirkətlərinin sayı artacaq

Keir Starmer: İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq

Çin XİN: Strateji tərəfdaşlıq Çin-Azərbaycan münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir

“Sabah” serbiyalı futbolçu ilə güclənib

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

Fərid Qayıbov: Yaylaq festivalı türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətlidir

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib  YENİLƏNİB

Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub   YENİLƏNİB

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNİB

Proqram sistemlərinin layihələndirilməsi problemləri araşdırılır

Astaranın Liəzi kəndində selin apardığı körpünün yerində yenisi inşa olunacaq

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib  YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib  YENİLƏNİB

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb VİDEO

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNİB

AMEA-nın Humanitar Elmlər Bölməsi bu ilin birinci yarısı üzrə hesabat verib

Naxçıvanın Ali Məclisində aparılmış auditin nəticələri açıqlanıb

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNİB

Yay planlarınızı “Unibank”la reallaşdırın!

Xarici ölkələrin aparıcı mütəxəssisləri Milli Onkologiya Mərkəzi ilə tanış olublar VİDEO

Türkiyə mediası: Şuşa Zirvə görüşü Türk dünyasının birliyinin qətiyyətli nümayişidir

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub  YENİLƏNİB

Prezident İlham Əliyev Xocalı Hava Limanında olub YENİLƏNİB

Məleykə Abbaszadə: “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

Paytaxtın Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

® Həkim-pediatr: Uşaqları çimərliyə aparanda müəyyən qaydalara ciddi riayət edilməlidir

Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun formalaşmasında fəal iştirak edir

Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti olub

Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib VİDEO

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Çinin əyalətləri Azərbaycanın regionları ilə fəal əməkdaşlıq edir

Luvsannamsrain Oyun-Erdene yenidən Monqolustanın Baş naziri seçilib

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Din Tao: Çinin rəqəmsal təhsil sahəsində bütün təşəbbüsləri və ölkədə təcrübə keçmək Azərbaycan üçün açıq olacaq

İsti hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib

Tovuz Aqroparkında ilk dəfə şəkər çuğundurunun yetişdirilməsinə başlanılıb

Çin diplomatı: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının mühüm dialoq tərəfdaşdır

Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi müzakirə edilib

İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib

Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək

Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

Akademik Milli Dram Teatrı mövsüm ərzində yeni nailiyyətlərə imza atıb

İsrail mətbuatında Ermənistandakı antisemitizmi ifşa edən məqalə yayımlanıb

Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb

BANM tələbəsinin layihəsi İsveçrədə qrant qazandı

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Səadət Fərzəliyeva: Həmişə arzulamışam ki, nənəmin sənətini davam etdirim və xalça toxuyum

Azərbaycan idmançıları Yakutskda xapsaqay güləşi üzrə yarışda iki medal qazanıblar

Şərqşünaslıq İnstitutunun şöbə müdiri Barselonada beynəlxalq konfransda çıxış edib

Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub

Paytaxtın müxtəlif məkanlarında DOST TV ilə bağlı posterlər nümayiş olunur

Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib VİDEO

Sumqayıtda türk diplomatının 44 günlük müharibəyə həsr edilən kitabı təqdim olunub

Gürcüstanın dəmir yolları ilə daşınan yüklərin 26 faizini Azərbaycandan gələn tranzit yükləri təşkil edib

Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir

DİM: Dövlət orqanlarında 9 vəzifə müsahibəyə çıxarılıb

Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib

Agentlik: 5 məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb

“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Xaçmazda keçirilən kompleks mülki müdafiə təliminə 300 nəfərə yaxın şəxsi heyət cəlb olunub VİDEO

Fransa klubu Olimpiya Oyunlarının qalibi ilə müqavilə bağlayıb

Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib VİDEO

NATO-nun yeni Baş katibinə Qarabağın minalanmış əraziləri barədə məlumat verilib

Sabah Bakıda və Abşeron yarımadasında 39 dərəcə isti olacağı gözlənilir

İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib

Fransada namizədlər və seçki fəalları mütəmadi hücumlara məruz qalır