Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tat-evi monastırının qaranlıq tarixi

Bakı, 23 may, AZƏRTAC

“Böyük Tatev” adlandırılan Tat-evi, Alban monastırının birinci binası Qərbi Azərbaycanın Zəngəzur vilayətinin Gorus rayonu ərazisində Bazarçay dərəsinin sağ sahilində, kolluq və meşəlik olan dağətəyi ərazidə yerləşir.

AZƏRTAC Azərbaycanın İşğaldan Azad edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovun Tat-evi monastırı ilə bağlı araşdırmasını təqdim edir.

Tat-evi monastırı Qərbi Azərbaycanın cənub-şərqində, Qərbi Zəngəzur vilayətinin, Gorus və Laçın şəhərlərinin yaxınlığında yerləşir. Həmin ərazidə yaşayış hələ xristianlıqdan əvvəl mövcud olub. IV əsrdə bölgədə xristianlığın yayılması bu əraziyə də təsir edib; belə ki, orada bir alban kilsəsi tikilib. Bu kilsə IX əsrdə Alban Xaçen Knyazlığı tərəfindən Tat-evi yepiskop qərargahı elan edildikdən sonra, burada monastır tipli böyük bir dini mərkəz tikilib.

Monastır fəaliyyətə başladıqdan sonra Tat-evinin müstəqilliyi elan edilib və bu, onun iqtisadi və siyasi əhəmiyyətinin artmasına səbəb olub. Tat-evi monastırının tabeliyinə 47 kənd verilib və əlavə olaraq 677 kənddən də vergi alınması monastıra tövsiyə edilib.

Abidə dəqiq tədqiq olunmadığından onun haqqında hələlik nağıl və rəvayətlərdə verilən məlumatlar və azsaylı arxiv materialları ilə kifayətlənməli oluruq. Məbədin adının türk dilində etimologiyasına görə ad “tat” və “ev” sözlərindən ibarətdir. Tat sözü Azərbaycanda qədim dövrlərdən burada yaşayan türklərə aid edilməklə yanaşı, “tat ev” ifadəsi “tatların yaşadığı yer”, “böyük ev” anlamında işlədilir.

Azərbaycandakı tat mənşəli əhali haqqında Orxon-Yenisey abidələrində, “Kitabi-Dədə Qorqud” dastanında (VII əsr), Ruminin əsərlərində (XIII əsr) rast gəlinir. Azərbaycan ərazisində “tat” sözünə həm qədim yazılı mənbələrdə, həm də qədim xalq mahnılarında, atalar sözlərində, zərbül-məsəllərdə rast gəlinir. Bu söz Azərbaycanın həm şifahi xalq ədəbiyyatında, həm də yazılı mənbələrində yaşayaraq dövrümüzə qədər gəlib çatıb.

A.Bakıxanovun və başqa tədqiqatçıların fikrincə, tatların əcdadları Azərbaycana IV-VI əsrlərdə Sasani şahları tərəfindən köçürülüb. Tatların ənənəvi məşğuliyyəti əkinçilik və bağçılıq olub. Bu əhali arasında xalçaçılıq sənəti geniş yayılıb. Ailə-məişət münasibətləri təxminən azərbaycanlılarda olduğu kimi dəyərləndirilib.

Qərbi və Şərqi Zəngəzur regionlarında tat sözü ilə bağlı yer adlarına çox rast gəlinir. Məsələn, Laçın şəhəri yaxınlığında “Tat dərəsi”, Gorus şəhəri yaxınlığında “tat-evi” və s. misal göstərmək olar. Rus etnoqraf-alimlərindən M.N.Qubuqlo və Y.V.Simçenko belə hesab ediblər ki, “tat” sözü türk mənşəli olub, oturaq həyat tərzi keçirən qeyri-türk əhaliyə verilən addır və sonralar bu söz etnik ada çevrilib.

Tat-evi monastırının yaranması haqqında məlumatların azlığı onun tarixi haqqında müəmma yaradır. Rəvayətə görə monastır Həvari Müqəddəs Faddeyin bölgədə xristianlığı təbliğ edərkən həlak olmuş şagirdlərindən birinin şərəfinə Tat-evi adlandırılıb. Başqa bir rəvayətə görə, monastır kompleksinə daxil olan məbəd binasının inşası tamamlandıqdan sonra memarın şagirdlərindən birinin binanın qübbəsindən aşağı yıxılarkən dilindən “ta tev” nidasının səslənməsi ilə onun ölümündən sonra kompleks Tat-ev adlandırılıb. Bütün bunlar hamısı Tat-evi monastırı haqqındakı ehtimallar, rəvayətlərdir.

Tez-tez zəlzələlər nəticəsində baş verən dağıntılar monastırın uzun illər sonra mövcud olduğu ərazidən Tatev kəndi yaxınlığına köçürülməsini zəruri edib. IX əsrdə monastırın Tatev kəndi yaxınlığındakı sıldırım qayaların zirvəsinə daha təhlükəsiz bir əraziyə köçürülməsinə başlanılıb.

Ətrafı mühafizə divarları ilə əhatə olunmuş Tat-evi monastır kompleksinə üç məbəd (Müqəddəs Pavel və Pyotr məbədləri, Müqəddəs Qriqori məbədi, Müqəddəs Məryəm məbədi) və digər kiçik yardımçı binalar daxildir.

Müqəddəs Pavel və Pyotr məbədi 895-906-cı illərdə inşa edilib. 1043-cü ildə məbədin cənub divarına bitişik tağlı zal inşa edilib. 1087-ci ildə kompleksin mühafizə divarının şimal tərəfində Müqəddəs Məryəm məbədi inşa olunub. 1787-ci ildə Müqəddəs Qriqori məbədinin qərb divarı yaxınlığında mavzoley inşa edilib, XIX əsrdə isə Müqəddəs Pavel və Pyotr məbədinin qərbində zəng qülləsi inşa edilib və mavzoleyə vestibül əlavə olunub.

Monastır kompleksi Qavazan kimi tanınan sütuna da malikdir. Bu sütun X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılıb və müxtəlif zəlzələlər və hücumlara baxmayaraq toxunulmaz qalıb.

Memarlıq xüsusiyyətləri

Tatev kəndi yaxınlığında yeni tikilən monastır kompleksi köhnə monastırda istifadə olunan dizayn və memarlıq quruluşuna görə heç də köhnədən fərqlənməyən formada tikilib.

Bundan başqa, monastır kompleksində Qavazan kimi tanınan məşhur sütunun da inşası mükəmməl tamamlanıb. Bu sütun köhnə monastırın həyətində X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılmış və rəvayətə görə müxtəlif zəlzələlərin baş verəcəyini qabağa əyilərək xəbər verirmiş. Yeni kompleksin tikintisində inzibati və digər binalarla yanaşı kompleksin cənub, qərb və şimal tərəflərini əhatə edən qala divarları inşa edilmişdi.

XVIII əsrdə isə kompleksə yepiskop iqamətgahı, rahib hücrələri, yeməkxana binası, mətbəx, çörəkxana əlavə edilib. Alban maarifçilik ənənələrini təbliğ etmək üçün, qala divarlarının yanında üzəri tağlı tavanlarla örtülmüş on altı sinif otağı inşa olunmuşdu.

Monastırın qala divarlarından şimal-şərqdə zeytun yağı istehsal etmək üçün dəyirman quraşdırılıb. Həmin qurğu dörd istehsal otağından ibarətdir ki, onların da ikisi qübbəli formada tikilmiş saxlama kameraları, ikisi isə tağlı tavanlı istehsal otaqlarıdır. Bu dəyirman Cənubi Qafqazda dövrümüzə qədər gəlib çatmış ən mükəmməl zeytun yağı çıxaran dəyirmanlardan birdir.

Müqəddəs Qriqori məbədi Müqəddəs Pavel və Pyotr kafedralının cənub divarının yanında inşa edilib. Kilsə 836-848-ci illərdə tikilib. XI əsrdə Səlcuqluların yürüşündən sonra kilsə bərpa edilsə də, 1138-ci il zəlzələsi zamanı yenidən dağılıb. Bir əsrdən artıq xaraba vəziyyətdə qalan kilsə 1295-ci ildə bərpa edilib. Məbəd sadə memarlıq quruluşuna malikdir. Binanın qübbəsi yoxdur. Şimal və cənub tərəfdən üç sütunla dəstəklənən binanın damı maili kirəmitlərlə örtülüb. Məbədin girişi gözəl həndəsi naxışlarla bəzədilib.

Müqəddəs Məryəm ana məbədi (Tanrı anası kilsəsi) kompleksi əhatə edən qala divarlarının şimal tərəfində inşa edilib. Kilsə girişin yanında yerləşən mavzoleyin ikinci mərtəbəsi kimi inşa edilib. Lakin 2000-ci illərdə abidəyə ermənilər tərəfindən müdaxilə edilərək, bərpa qaydalarına uyğun olmayan qaydada divarların üzəri mərmər daşlarla örtülüb.

Qavazan adlandırılan və kompleksin həyətində ucaldılmış sütun formalı abidə Müqəddəs Üçlüyün şərəfinə inşa edilib. Abidə kafedralın cənubunda yerləşir. Səkkiz metrlik sütun xaç təsvirli daş lövhə ilə tamamlanıb. Üzərində çox az naxışı olan yazısız daş inşa olunduğu tarixdən dəyişilməyib. Sütunun inşa olunmasında əsas məqsəd aktiv seysmik zonada baş verəcək zəlzələlər haqqında əvvəlcədən məlumat almaq idi. Hər dəfə tərpənişlərdən sonra sütunun öz vertikal formasına qayıtdığı iddia olunur.

XII əsrdə Səlcuqluların Cənubi Qafqaza yürüşləri zamanı (1136-cı il) baş vermiş zəlzələdə monastır kompleksi ciddi dağıntılara məruz qalıb. 1170-ci ildə monastır kompleksi Səlcuqlular tərəfindən bərpa edilib.

Yarandığı gündən müstəqil fəaliyyət göstərən bu Alban monastırı feodal quruluşa sahib idi. Zəngəzur bölgəsinin həyatında mühüm rol oynayan monastır yerli əhali arasında böyük təsir qüvvəsinə malik idi. Monastır böyük əraziləri və çoxlu kəndləri ətrafında birləşdirirdi.

Monqolların Azərbaycanda hakimiyyəti dövründə və Hülakülər sülaləsi zamanında monastır kompleksi vergilərdən azad edilmişdi. Teymurun Zəngəzur vilayətinə hücumu (1381-1387) zamanı monastır talanıb və yandırılıb. Teymurun işğalından sonra Tat-evi monastırı tabeliyində olan ərazilərin də böyük bir hissəsini itirib. 1434-cü ildə Teymuri Sultan Şahruxun Azərbaycana yürüşü zamanı Tat-evi növbəti dəfə yenidən talan olunaraq yandırılıb.

Bütün bu talanlara, zəlzələlərə mətanətlə dözən Tat-evi monastırı öz mövcudluğunu qoruyub saxlaya bilib. XVII-XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə Tat-evində monastır həyatı yenidən canlanmağa başlayıb. Monastır Tatev kəndi yaxınlığına müstəqil fəaliyyətini bərpa edib.

1658-ci ildə baş verən daha bir dəhşətli zəlzələdən sonra yararsız hala düşən Tat-evi monastırı I Şah Abbasın hərəmxanasında olan bir xristian qadının xahişi ilə bərpa edilib. Bu hadisə erməni alimlərinin, həmin dövrdə guya bu ərazilərdə erməni dövlətinin olması iddiasını tamamilə inkar edir. Doğurdan da əgər bu ərazidə hansısa bir erməni dövləti mövcud idisə, o zaman Səfəvi dövlətinin vəsaiti hesabına monastırın təmir edilməsi mümkün olmazdı.

Monastır feodalizminə qarşı erməni terroru

1822-ci ildə Qarabağ xanlığının çar Rusiyasının tərkibinə qatılmasından sonra 1836-cı ildə Müqəddəs Sinod Alban Həvari kilsəsi kimi Tat-evinin də müstəqilliyinə son qoyulub və onun Erməni Qriqoryan kilsəsinin yeparxiyalarından birinə çevrilməsi üçün qərar qəbul edilib. Lakin Tat-evi monastırı fəaliyyətini müstəqil davam etdirib və Erməni Qriqoryan kilsəsinə tabe olmayıb. Çünki monastırda 1000-dən çox monax yaşayırdı, həmçinin çoxsaylı kəndlilər monastıra xidmət edirdi. Monastır müstəqilliyini itirmək istəmirdi.

Monastır monaxlarının bu etirazından sonra, erməni katolikosu I Ananiya Mokaçi Tat-evi monastırını lənətləyib və erməni himayəçiliyindən imtina edən üsyankar Tat-evi monastırının dağıdılmasına qərar verib. 1921-ci ildə ətrafına böyük sayda başıpozuq dəstə toplayan Qaregin Njde Tat-evi monastırına hücum edərək bütün monaxları güllələyib və monastırı yararsız hala salıb.

Njdenin hücumu zamanı monastıra ciddi zərər dəyib, Müqəddəs Pavel və Pyotr kilsəsinin gövdəsi çökdürülüb və zəng qülləsi dağıdılıb. Monastırda saxlanan on mindən çox alban dilində kitab və əlyazmalar məhv edilib.

Sonrakı dövrdə kilsənin dağılmış hissələri bərpa edilsə də, zəng qülləsi bu günə kimi dağılmış vəziyyətdə qalır.

1921-ci ilin aprel ayında Qaregin Njde monastırın əmlakı üzərində Qarakilsə və Qndevaz əraziləri də daxil (Qndevaz və ya Qindıvaz İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd) “Dağlıq Ermənistan Respublikası”nın qurulduğunu elan edib. Qaregin Njde Gorus şəhərini “yaratdığı dövlət”in paytaxtı, özünü isə rəhbəri elan edib.

1921-ci ilin aprel-iyul ayları arasında Azərbaycanı işğal etmiş bolşevik ordusu şimaldan və şərqdən Zəngəzura hücum edərək bölgədə baş qaldıran Qaregin Njdenin terror dəstəsini darmadağın edib. Rusların müdaxiləsindən sonra Qaregin Njde və onun dəstəsinin sağ qalan üzvləri İranın Təbriz şəhərinə qaçıblar.

Bu hadisədən sonra Tat-evi yenidən Erməni Qriqoryan Kilsəsindən asılı vəziyyətə düşüb. Lakin rus işğalı dövrü və ondan sonrakı illərdə Tat-evi monastırında heç bir erməniəsilli adamlar ibadət etməyib. Hər iki monastır kompleksi əraziyə gələn turistlərin gəzinti və əyləncə yerlərinə çevrilib.

1995-ci ildə Tat-evi və onu əhatə edən ərazilər və Urud vadisi UNESCO-nun mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə bölgədə turizmin inkişaf etdirilməsi məqsədilə Ermənistan dövləti Tat-evi monastırını ətraf ərazilər ilə əlaqələndirən 5750 metr uzunluğunda dayanacaqsız ikitərəfli kanat yolu çəkib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub