Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti

Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli –  mütəxəssis məsləhəti

Gəncə, 17 avqust, Rauf Hacıyev, AZƏRTAC

Suvarılan aran rayonlarında taxılın optimal səpin müddəti oktyabrın 25-dən noyabrın 10-dək olan dövr sayılır. Bu dövrdə taxıl əsasən cərgəarası 15 santimetr olmaqla adi cərgəvi üsulla səpilir. Payızlıq taxılın tirəli səpin üsulu ilə səpilməsi isə daha yaxşı nəticə verir. Bu üsulla aparılmış səpinlərdə dən məhsuldarlığı adi cərgəvi səpinlərə nisbətən sortlardan asılı olaraq hər hektara 5-8 sentner yüksəlir. Bu səpin üsulunda hektara səpin norması 40-50 faiz azalmaqla toxum materialına qənaət olunur. Eyni zamanda, hər hektara suvarma norması 30-40 faiz azalır ki, bu da suvarma suyu çatışmayan bölgələr üçün mühüm əhəmiyyətə malikdir.

GABA-nın (Gəncə Aqrobiznes Assosiasiyası) kənd təsərrüfatı üzrə mütəxəssisi Həbib Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün önəm verilməli məqamlara toxunub.

Mütəxəssis deyib ki, payızlıq taxılın yüksək dən məhsulu verməsi üçün tarlada optimal bitki sıxlığı yaradılmalıdır. Bunu nəzərə alaraq tədqiqatlar yolu ilə optimal səpin norması müəyyənləşdirilib. Belə ki, adi cərgəvi səpinlərdə payızlıq buğdanın optimal səpin norması hektara 3,5-4 milyon, tirəli səpinlərdə isə 2,5-3 milyon ədəd cücərən dən hesab olunur. Arpanın səpin normasında isə adi cərgəvi səpinlərdə hektara 3-3,5 milyon, tirəli səpinlərdə isə 2-2,5 milyon ədəd cücərən dən nəzərdə tutulur.

Taxılın səpin norması əkinçilik mədəniyyətinin səviyyəsindən asılıdır. Bu barədə danışan mütəxəssis bildirib ki, əkinçilik mədəniyyətinin yüksək olduğu təsərrüfatlarda fermerlər taxılı nisbətən aşağı səpin normasında səpməklə toxum materialına xeyli qənaət etməyə nail olurlar. Yağış suyu ilə təmin olunmuş dəmyə bölgələrdə payızlıq taxıl əsasən bostan, tərəvəz, qarğıdalı, tütün, yonca və sair bitkilərdən sonra səpilir.

Bu bölgələrdə cərgəarası becərilən sələflərin (qarğıdalı, tütün) məhsulu yığıldıqdan sonra sahə bitki qalıqlarından təmizlənərək 20-25 santimetr dərinlikdə şumlanır. Təsərrüfatlarda bitki qalıqlarını xırdalayan alət varsa, həmin qalıqların xırdalanaraq sahədə saxlanması məsləhət bilinir. Çünki bu qalıqlar torpaq münbitliyini yüksəldir. Şumdan sonra sahə ağır diskli mala ilə disklənir və səpin aparılır. Cərgəarası becərilən bitkilərdən sonra sahə alaqlardan təmiz və yumşaq vəziyyətdə qalıbsa, onda belə sahələrdə torpağı payızlıq buğda üçün üzdən minimal becərmək daha yaxşı nəticə verir. Nəmliklə təmin olunmuş dəmyə şəraitində taxılın səpini oktyabrın 15-dən başlayaraq noyabrın 5-nə qədər başa çatdırılmalıdır.

Mütəxəssis deyib ki, respublikamızın az yağışlı quraq dəmyə bölgələrində payızlıq taxılın məhsuldarlığını məhdudlaşdıran amillərdən ən başlıcası yağış suyunun az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağışları başlayana qədər başa çatdırılmalıdır. Quraq dəmyə şəraitində payızlıq taxıl əsasən taxıldan, qara, faraş və bitkili heriklərdən sonra səpilir. Payızda sentyabr ayında qara və faraş herik sistemi ilə becərilmiş sahələr malalanaraq səpinə hazırlanır. Əgər sələf bitkiləri payızlıq taxıl və dən üçün noxuddursa, onda bu sələflərdən sonra torpağı taxıl üçün üzdən (səthi) becərmək lazımdır. Bu zaman sahə diskli mala ilə 10-12 santimetr dərinlikdə bir-birinin əksi istiqamətində iki dəfə becərilir və birbaşa səpin aparılır.

Quraq dəmyə şəraitində payızlıq taxılın səpini sentyabrın 20-dən oktyabrın 10-a qədər olan müddətdə başa çatmalıdır. Hektara səpin norması buğda üçün 4-4,5 milyon, arpa üçün isə 3-3,5 milyon ədəd cücərən dən götürülür. Səpin adi cərgəvi üsullarla (cərgəarası 7,5 və 15 santimetr) aparılır.

Quraq dəmyə şəraitdə taxıl səpininin şırım üsulu ilə aparılması bitkilərin nəmliklə təmin olunması baxımından yaxşı nəticə verir. Bu səpin üsulunda toxumlar şırımın dibinə səpilir. Yağış yağan zaman şırımın kənarına düşən su axaraq şırımın dibinə tökülür və orada nəmliyin miqdarını artırır. Nəticədə şırımın dibinə səpilmiş toxumlar normal nəmlənməklə vaxtında cücərir və sonrakı mərhələlərdə bitkilər yaxşı böyüyüb inkişaf edir.

Həbib Abbasov vurğulayıb ki, fermerlər taxıl səpinini vaxtında və göstərilən aqrotexniki qaydalarda aparmaqla yüksək məhsul üçün zəmin yarada bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Tatuajı olan insanlarda limfoma xərçənginin inkişaf riski 21 faiz yüksəkdir

Stiven Spilberqin yeni filminin premyerasının tarixi açıqlanıb

Hindistanın paytaxtında rekord isti qeydə alınıb

Alimlər autizmə səbəb olan beyin nümunələrini aşkarlayıblar

Berlin və Praqa rəsmi Brüsseli Rusiyadan neft-qaz tədarükündən imtina etməyə çağırıb

Aİ: Yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik

Media: Şimali Koreya 10-a yaxın ballistik raket buraxıb

Ciorcia Meloni ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

İqor Petrişenko: Belarus Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında əməkdaşlığa hazırdır

“Olimpiakos” 116-cı dəqiqədə vurduğu qolla Konfrans Liqasının qalibi olub

Nyu-York Məhkəməsində münsiflər heyəti Trampla bağlı cinayət işinin müzakirəsinə başlayıb

Müdafiə Nazirliyi: Türkiyə beynəlxalq aləmdə sülh və təhlükəsizliyə töhfə verməyə davam edəcək

Belçikada Müstəqillik Günü münasibətilə tədbir keçirilib

“Neftçi”nin qadın basketbol klubu Azərbaycan çempionu olub

XİN: Aİ nümayəndəsinin bəyanatı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur

Milli Olimpiya Komitəsinin rəsmisi beynəlxalq seminarda iştirak edib

Türkiyə Silahlı Qüvvələrinin nümayəndəsi: Ankara fəal təcrübə mübadiləsini hədəfə alıb

Türkmənistan Elmlər Akademiyasının nümayəndə heyəti Əlyazmalar İnstitutunun qonağı olub

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir

Rövşən Nur - şimal ölkəsinin “günəşli” rəssamı

“Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı möhtəşəm konsert təşkil edilib

Tanınmış yapon aliminin rəhbərlik etdiyi mütəxəssislər Ağdamda göz müayinəsi keçiriblər

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji şirkətləri birgə müəssisə yaradır

Domeniko Palmieri: Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinə fundamental töhfə verir

Aktau şəhərində Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Müstəqillik Günü Küveytdə də qeyd olunub

Müstəqillik Günü münasibətilə Doha şəhərində rəsmi qəbul təşkil olunub

Serbiyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Lənkəran-Astara regionunda bir sıra təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad ediliblər

SOCAR ilə “AD Ports Group” arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki xarakterli məhdudiyyətlər aradan qaldırılıb

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Qərbi Azərbaycan İcması: Avropa İttifaqı regionda müsbət dinamikanı pozmağa çalışır

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörlidən

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanidən

Böyük Qayıdışın Xocalı mərhələsi ŞƏRH

Bakıda keçiriləcək festivalda ilk milli kiberoyunlar nümayiş olunacaq

Ankarada milli rəqslərimizin təbliğinə dair yeni layihənin icrasına başlanılıb

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin intensivliyinin artırılması müzakirə olunub

Xocalının strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır ŞƏRH

COP29-a hazırlıq çərçivəsində BMT nümayəndəsi İnkişaf Proqramının Azərbaycana dəstəyini ifadə edib

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

İcma: Niderland parlamentinin nümayiş etdirdiyi mövqe mahiyyətcə böhtan xarakteri daşıyır

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviçdən

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

Slovakiya Respublikasının Baş naziri Robert Fitsodan

İqtisadiyyat nazirinin birinci müavini Lerikdə vətəndaşların müraciətlərini dinləyib

“Qərbi Azərbaycan həqiqətləri” - elmi-praktik konfrans

Polşa Respublikasının Prezidenti Andjey Dudadan

Müstəqillik Günündə Xocalıya qayıdış xüsusi rəmzi məna daşıyır ŞƏRH

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovadan

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının nümayəndə heyəti Türkiyədə səfərdə olub

Fransız Polineziyası: kiçik ada ölkəsinin Parisin müstəmləkəçilik siyasətinə qarşı müstəqillik mübarizəsi

AYİB yaşıl enerjiyə keçidlə bağlı Azərbaycana kredit ayırmağı planlaşdırır

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” 2018-ci il 27 aprel tarixli 180 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə” 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında

“Fitch Solutions”: Azərbaycanda iqtisadi artım gələn il 2,8 faiz təşkil edəcək

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən

Xorvatiyalı nazir müavini: Azərbaycan nəinki regionda, o cümlədən dünyada söz sahibinə çevrilib

Hesablama Palatasının əməkdaşları EUROSAI-ın onlayn keçirilən XII Konqresində iştirak ediblər

Markov: Qazaxın 4 kəndinin qaytarılması delimitasiya və demarkasiya prosesini sürətləndirəcək

Argentinada Azərbaycanın Cənubi Qafqazda sülhə və sabitliyə töhfə verən siyasətindən bəhs olunub

Karlo Ançelotti: Dünyanın ən yaxşı baş məşqçisi Qvardioladır

Milli Məclis sədrinin müavini vətəndaşların müraciətlərini dinləyib

Qazaxın dörd kəndinin Azərbaycana geri qaytarılması Prezident İlham Əliyevin xalqımıza növbəti qələbə hədiyyəsidir - ŞƏRH

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan və vitse-prezidenti Rosario Muriyodan

PISA 2025 tədqiqatının sınaq mərhələsi davam edir

Naxçıvanda doğum günü may ayında olan şəhidlərin xatirəsi anılıb

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovdan

BANM-də “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb

Hesablama Palatasının nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin 162 illik yubiley tədbirində iştirak edib

Azərbaycanın Müstəqillik Günü Litvada da qeyd edilib

Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı müzakirə edilib

“AzerGold”un sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

Saatlıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycan bankı ötən il ölkədə ilk dəfə əmtəə fyuçers müqaviləsi imzalayıb

“EducationUSA” sərgisi keçiriləcək

“Avro-2024”: Niderland millisinin yekun heyəti bəlli olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti TBMM-də olub

Çexiya Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab edir

“İrəvan” klubu I Liqadan kənarlaşdırılıb

Brüsseldə “Orta Dəhliz Təşəbbüsü - Avropa və Asiyanın qovuşduğu yer” mövzusunda tədbir keçirilib

Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Müstəqilliyin yeni mərhələsi: strategiyada strateq məharəti

Azərbaycan Qlobal Texnologiya Forumunda təmsil olunub

Fövqəladə hallar könüllüləri təltif edilib

Anaklia limanının investorları Çin şirkətləri olacaq

“Səbail” klubu Şahin Diniyevlə müqaviləni yeniləyib

İngiltərədə gənc həkimlər növbəti tətilə hazırlaşırlar

Bakıda ilk dəfə padel tennisi üzrə beynəlxalq turnir keçirilir

Azərbaycanın Müstəqillik Günü Batumidə qeyd olunub

Süni intellekt ilə yeni dövrə qapı aç - seminar

Açıq Büdcə İndeksi üzrə Hesablama Palatasının fəaliyyəti çox yüksək qiymətləndirilib

“Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI