Bakıda keçiriləcək festivalda ilk milli kiberoyunlar nümayiş olunacaq
Bakı, 29 may, AZƏRTAC
Bakıda keçiriləcək “GameSummit” festivalında ilk milli kiberoyunlar nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçiriləcək regionun ən böyük oyun festivalı olan “GameSummit"ın həmtəsisçisi Sevinc Xələfova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tədbir müğənni Con Nyumanın konserti ilə başlayacaq: “İyunun 1-2-də isə festival keçiriləcək və burada mindən çox oyun olacaq. Festival zamanı maraqlı və fərqli simulyatorlar da daxil olmaqla, müxtəlif oyunlar üzrə turnirlər və çempionatlar keçiriləcək. İlk milli kiberoyunlar nümayiş olunacaq. İştirakçılar da bunlardan yararlana biləcəklər. “Fortnite”, “Valorant”, “CS2”, “Dota2”, “League of Legends” kimi oyunlar üzrə çempionatların final mərhələləri baş tutacaq. Eləcə də retro və stolüstü oyun çempionatları təşkil olunacaq. Məqsəd gənclərin sevdiyi sahəni burada nümayiş etdirməsidir".
S.Xələfovanın sözlərinə görə, qaliblərə müxtəlif hədiyyələr veriləcək: “Festivalın ümumi mükafat fondu isə 50 min manatdan çoxdur”.
Qeyd edək ki, Bakıda regionun ən böyük oyun festivalı olan “GameSummit Baku 2024”ün açılış mərasimi mayın 31-də “Crystall Hall”da tanınmış britaniyalı müğənni Con Nyumanın iştirakı ilə baş tutacaq. Festival iyunun 2-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]