Aİ: Yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik
Brüssel, 30 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) üçüncü ölkələrlə müdafiə sazişləri şəbəkəsini yaratmaq niyyətindədir və bütün maraqlı tərəfləri bu sazişə qoşulmağa çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Brüsseldə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel təhlükəsizlik məsələlərinə həsr olunmuş forumun açılışı zamanı bildirib.
“Təhdidlərin sayı artır. Biz yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik. Mən indicə iki dövlətlə - Moldova və Norveçlə yeni saziş imzaladım. Daha altı sazişin hazırlanması prosesi gedir. Biz bütün dünya üzrə müdafiə tərəfdaşlığı şəbəkəsi yaratmaq istəyirik, buna görə də bizimlə müdafiə əməkdaşlığını inkişaf etdirmək istəyən hər bir kəsi bu proqrama qoşulmağa dəvət edirəm”, - deyə J.Borrel bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]