İngiltərədə gənc həkimlər növbəti tətilə hazırlaşırlar
London, 29 may, AZƏRTAC
İngiltərədə gənc həkimlər növbədənkənar seçkilər ərəfəsində beş günlük tətil keçirəcəklərini açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, gənc həkimlər hökumətlə uzun müddətdir davam edən maaş mübahisəsinə görə bu addımı atırlar. Britaniya Tibb Assosiasiyasının (BMA) üzvləri iyunun 27-də, növbədənkənar parlament seçkilərinə bir həftə qalmış tətil edəcəklər. Assosiasiya üzvləri maaşlarının 35 faiz artırılmasını tələb edirlər.
Qeyd edək ki, bu, gənc həkimlərin 2023-cü ilin martından bəri sayca 11-ci tətili olacaq. Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) işçi qüvvəsinin təxminən yarısı gənc həkimlərdən ibarətdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]