Açıq Büdcə İndeksi üzrə Hesablama Palatasının fəaliyyəti çox yüksək qiymətləndirilib
Bakı, 29 may, AZƏRTAC
“Beynəlxalq Büdcə Əməkdaşlığı” (International Budget Partnership (IBP) təşkilatı tərəfindən hazırlanan “Açıq Büdcə İndeksi” (ABİ) üzrə büdcə proseslərinin şəffaflığı, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı qiymətləndirilib.
Bu barədə AZƏRTAC-a Hesablama Palatasından bildirilib.
2023-cü ili əhatə edən hesabatda büdcəyə nəzarət üzrə ali audit orqanlarının (AAO) subindeksi üzrə Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, “adekvat” nəticə kimi çox yüksək qiymətləndirilib. Əvvəlki hesabatla (2021-ci ili əhatə edən) müqayisədə Hesablama Palatası nəticəsini 11 bal yaxşılaşdırıb.
ABİ-nin hazırlanmasında ali audit orqanının fəaliyyətinə aid edilən audit hesabatı 7 sualla əhatə edilib və bu suallardan 4-ü üzrə Hesablama Palatası maksimum 100 ballıq nəticə alıb.
Hesablama Palatasının fəaliyyəti ilə bağlı qiymətləndirmənin nəticəsi 125 ölkə arasında bal baxımından ən böyük göstəricidir.
Hesablama Palatası ilə yanaşı, Birləşmiş Krallıq və Cənubi Afrika Respublikasının AAO-ları da 100 bal toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]