Çin sınaq peykini kosmosa göndərib
Bakı, 11 iyun, AZƏRTAC
Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençanq Kosmik Buraxılış Mərkəzindən yeni rabitə texnologiyası sınaq peyki kosmosa buraxılıb.
AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-5” raketi ilə Pekin vaxtı ilə saat 15:30-da orbitə çıxarılıb və uğurla əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub.
Məlumata görə, peyk çoxzolaqlı və yüksəksürətli rabitə texnologiyalarının sınaq və yoxlama işləri üçün istifadə olunacaq.
Qeyd edək ki, bu buraxılış “Long March” raket seriyasının 650-ci missiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]