Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
Moskva, 11 iyun, AZƏRTAC
Rusiyanın Ermənistandakı səfirliyi Gümrüdə İkinci Dünya müharibəsi qəhrəmanlarına həsr olunmuş “Ana Ermənistan” abidəsinin təhqir olunması ilə bağlı hiddətini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyinin “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib.
Rusiya səfirliyi Ermənistan hakimiyyətindən hadisənin dəqiq qiymətləndirilməsini, eləcə də məsul şəxslərin məsuliyyətə cəlb edilməsi və gələcəkdə bu cür təxribatların qarşısının alınması üçün hərtərəfli tədbirlərin görülməsini gözlədiyini bildirib.
Xatırladaq ki, iyunun 10-da naməlum şəxslərin Ermənistanın Gümrü şəhərindəki “Ana Ermənistan” abidəsinin üzərindəki qəhrəman şəhərlərin adları olan qızılı hərfləri sökdükləri bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]