Tbilisidə Vaqif Mustafazadənin yubileyi qeyd olunacaq
Tbilisi, 17 mart, AZƏRTAC
Tanınmış bəstəkar və pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 80 illik yubileyi Gürcüstanda da qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Dövlət Nazirliyi silsilə tədbirlər keçirəcək.
Dövlət nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov AZƏRTAC-a bildirib ki, tədbirlər planına əsasən bu il bölgələrdə V.Mustafazadənin mahnılarından ibarət musiqi gecələri təşkil olunacaq. Gələn il isə paytaxt Tbilisidə Vaqif Mustafazadənin 80 illik yubileyinə həsr olunmuç caz axşamı keçiriləcək.
A.Məmmədov bildirib ki, həyatının bir hissəsini Tbilisidə keçirən V.Mustafazadə Gürcüstanda caz musiqisinin inkişafında mühüm rol oynayıb. O, Gürcüstan Filarmoniyası ilə birlikdə “Qafqaz” Caz Triosunu yaradıb, gürcü caz ustalarının formalaşmasına mühüm təsir göstərib.
Müşavir bildirib ki, 2017-ci ildə Gürcüstan Milli Muzeyində “Vaqifi necə tanıyıram” adlı sənədli filmin premyerası olub. İl ərzində həmin filmin bir neçə yerdə nümayişi nəzərdə tutulur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]