Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası yenilənir
Bakı, 20 may, AZƏRTAC
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası bu dəfə Şəki şəhər 14 nömrəli tam orta məktəbə həsr olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, fotorubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir. Şəki şəhər 14 nömrəli tam orta məktəb 1930-cu ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.