“Teleradio” İB tərəfindən yeni TV vericilər quraşdırılmışdır
Bakı, 10 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər görülmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Qax, Balakən, Zaqatala rayonları və ətraf yaşayış məntəqələrini “Mədəniyyət TV” kanalının yayımı ilə təmin etmək məqsədi ilə Zaqatala rayonu Danaçı radio-televiziya verilişi stansiyasında gücü 3 kilovat (kVt) olan TV verici istismara verilmişdir. Qeyd olunan kanalın Şəki və Quba rayonlarında yayımını təmin etmək üçün Şəkidə 500 volt (Vt), Qubada isə 2 kVt gücündə TV vericilər quraşdırılmışdır.
Mingəçevirdə “İdman Azərbaycan TV” kanalının, Göyçayda “İctimai TV” kanalının yayımının təşkili üçün hər iki şəhərdə 150 Vt gücündə TV vericilər istismara verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]