TELEVİZİYA ƏMƏKDAŞLARININ DÖYÜLMƏSİ FAKTI PİSLƏNİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. Şuranın sədri Nuşiravan Məhərrəmov ABŞ-da ictimai televiziyanın təşkili, onun qanunvericilik bazası, proqram konsepsiyası və maliyyə qaynaqları barədə ətraflı məlumat verərək, bu təcrübənin yaxın gələcəkdə Azərbaycanda ictimai televiziyanın yaradılması baxımından faydalı ola biləcəyini söyləmişdir.
İclasda “ATV” kanalı əməkdaşların P.S.S. mühafizə şirkətinin cangüdənləri tərəfindən döyülməsi faktına münasibət bildirilərək xüsusi bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir: “Milli Televiziya və Radio Şurası sentyabrın 26-da türk müğənnisi Seda Sayanın “Şəfa” stadionunda keçirilən konsertindən reportaj hazırlayan “ATV” telekanalı əməkdaşlarının P.S.S mühafizə şirkətinin cangüdənləri tərəfindən döyülməsi faktını qətiyyətlə pisləyərək, bu cür özbaşınalıq hərəkətlərinin yolverilməz olduğunu bildirir. Öz peşə borcunu icra edərkən jurnalist kadrlarının hüquqlarının belə kobud şəkildə pozulduğundan təəssüflənən Teleradio Şurası əmin olduğunu bildirir ki, respublikanın hüquq mühafizə orqanları baş vermiş hadisə ilə bağlı müvafiq araşdırmalar apararaq, günahkarların cəzalandırılması üçün zəruri tədbirlər görəcəklər”.
İclasda Teleradio Şurasının fəaliyyəti ilə bağlı bir sıra cari məsələlər də nəzərdən keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]