TƏRƏFDAŞLIQ UĞUR GƏTİRİR
İnnovasiya yarımnaqil komponentlərinin dünya istehsalçısı olan “İntel” korporasiyası insanların yaşayış keyfiyyətinin artırılmasına və iş metodlarının təkmilləşdirilməsinə yönəldilmiş texnologiyalar yaradır, məhsullar istehsal edir, təşəbbüslər irəli sürür.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “İntel” artıq dörd ildir əməkdaşlıq etdiyi “PROGRAM-ACM” şirkəti ilə birlikdə real vaxt rejimində layihələrin işlənib hazırlanmasını idarə etmək üçün yeni nəsil proqram alətləri istehsal edir.
Məlum olduğu kimi, hazırda layihə kollektivləri genişmiqyaslı təşəbbüsləri həyata keçirərək təsadüfi hallarda bir-birinə yaxın olurlar. Əksər hallarda söhbət müxtəlif şəhərlərdən hətta ölkələrdən olan bir neçə işçi qrupdan gedir. Yeni sistem layihələrin idarə olunmasına dair vəzifələri hər gün yerinə yetirmək üçün monitorinq və kommunikasiya alətləri təqdim etməklə bu komandaları yaxınlaşdırmağa imkan verir. Məsələn, müştərilər gündəlik hesabat və vəzifələrin ətraflı monitorinqi, onlayn-görüşlər və konfransların lentə alınması, səsli və mətnli çat-sessiyalar, habelə faylların saxlanması və digər imkanlardan istifadə edə bilərlər.
Korporasiyanın rəhbərlərindən biri Volfqan Petersen demişdir ki, proqramın əsas ideyası sadədir: perspektivli qərarlar və gələcəyə baxan proqramçılar tapmaq lazımdır ki, onları “İntel”in istehsal etdiyi ən son texnologiyalar və alətlərin köməyi ilə inkişaf etdirmək mümkün olsun.