Tereza Mey rəsmən Böyük Britaniyanın Baş Naziri postunu tərk edib
Bakı, 24 iyul, AZƏRTAC
Tereza Mey istefa ərizəsini Kraliça II Elizabetə təqdim etdikdən sonra rəsmən Böyük Britaniyanın Baş Naziri postunu tərk edib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, onun vəzifəsindən ayrılması Bukingem sarayını ziyarət etdikdən və monarxla görüşdükdən sonra açıqlanıb.
Sabiq Baş Nazir özünün vida nitqlindən sonra dərhal Bukingem sarayına yollanıb və Kraliçanın qəbulunda olub. Birləşmiş Krallıqda vəzifə səlahiyyətlərinin təhvil-təslim prosesi çox qısa müddətdə həyata keçirilir. Bu dövlətdə hökumət təqribən 1 saat ərzində başçı olmadan qalır.
BBC-nin xəbərinə görə, hazırda Mühafizəkarlar partiyasının sədri Boris Conson Kraliça II Elizabetin qəbulundadır və yaxın dəqiqələrdə onun Baş Nazirliyi rəsmən elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]