Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

Heç vaxt Belqrad haqqında düşünməmişdim. Bəlkə də, günlərin bir günü xəritəni qarşıma sərib özümə səfərlə bağlı bir ölkə seçməli olsaydım, xəyallarımın cığırı Serbiyadan keçməzdi. Amma tale elə gətirdi ki, mən məkanı yox, məkan məni seçdi, öz sehrli ağuşuna qonaq etdi. Bu, bir göz qırpımı kimi qısa, fəqət yaddaşımın ən dərin qatına həkk olunacaq unudulmaz bir görüş idi...

Belqrada çatanda gecə şəhərin üzərinə öz sirli pərdəsini çoxdan çəkmişdi. Rus və ingilis kəlmələrinin ahənginə qarışıb qulağımda ecazkar bir musiqi kimi cingildəyən serb sözləri tamam fərqli, füsunkar bir aləmə qədəm qoyduğumdan xəbər verirdi. Əgər buralara yolum düşməsəydi, bu gözəlliyi öz gözlərimlə görməsəydim, Serbiya mənim üçün, bəlkə də, hər kəsin bildiyi, sıradan bir Avropa ölkəsi olaraq qalacaqdı. Lakin cəmi üçgünlük səfər müddətində ruhuma toxunan, göz yaddaşıma köçən mənzərələr bu ölkə haqqındakı təsəvvürlərimi kökündən dəyişdi, qəlbimdə tamamilə fərqli bir Serbiya kəşf etdi...

Qeyd edək ki, bu səfər Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və Serbiyanın milli hava daşıyıcısı “Air Serbia” tərəfindən Bakı və Belqrad şəhərləri arasında birbaşa hava əlaqəsinin başlanması, eləcə də Serbiyada Azərbaycan turizminin tanıdılması və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunmuşdu.

Ağ günlərin şəhəri

Serbiyanın paytaxtı Belqrad - Avropanın qədimlik şəcərəsini özündə yaşadan, əsrlərin axarına meydan oxuyan nadir məskənlərdən biridir. Minilliklərin dərinliyinə boylanan bu qədim torpağın keçmişi arxeoloji qazıntıların dili ilə danışan canlı bir tarixdir. Sava və Dunay çaylarının səs-səsə verib qovuşduğu o strateji nöqtə, əsrlər boyu Belqrada sadəcə coğrafi üstünlük deyil, həm də taleyüklü bir əzəmət bəxş edib.

Serb dilindən tərcümədə "Ağ şəhər" və ya "Ağ qala" mənasını verən Belqrad bu adı qoynunda gizlətdiyi qədim qalanın ağ rəngli daşlarından, günəşdə parıldayan qayalarından alıb. Bura sadəcə ağ daşların yox, işıqlı, ağ günlərin şəhəridir...

Şəhər Roma, Bizans, Osmanlı və Avstriya-Macarıstan imperiyaları da daxil olmaqla müxtəlif imperiya və sivilizasiyaların bir hissəsi olub. Belqradın tarixi təbəqələri onun memarlığında, mədəni irsində və müxtəlif təsirlərində əks olunur. Bu gün bir milyondan çox əhalisi olan Belqrad zəngin tarixini müasir şəhər həyatı ilə birləşdirən canlı və dinamik bir Avropa paytaxtı kimi yaşayır.

Qızılı mozaikaların sehri: Müqəddəs Sava kilsəsi

Dünyanın ən möhtəşəm pravoslav məbədlərindən biri olan Müqəddəs Sava kilsəsi təkcə memarlıq abidəsi deyil, həm də Belqradın səmasını bəzəyən bir əzəmət simvoludur. Serbiya Pravoslav Kilsəsinin banisi və xalqın mənəvi atası hesab olunan Müqəddəs Savanın xatirəsinə ithaf edilən bu möhtəşəm məbəd Neo-Bizans üslubunun ən nadir incilərindəndir. Onun qapısından içəri addım atan hər bir kəsi sanki zamanın fövqündə dayanan bir dünya qarşılayır; xüsusilə daxili məkana hakim olan nəhəng, parıltılı qızılı mozaikalar ziyarətçiləri ilk baxışdan heyranlıq dolu bir sükuta qərq edir. Bura serb xalqının milli mənəviyyatının, keçmişinə olan sarsılmaz bağlılığının daşlaşmış simvoludur.

Təməli 1935-ci ildə qoyulan və ucalığı ilə XIII əsrin mənəvi irsinə körpü salan bu tarixi abidənin hündürlüyü təxminən 80 metrə çatır. Eyni anda 10 min insanın birgə dua edə biləcəyi bu nəhəng tikili İstanbulun qədim memarlıq möcüzəsi olan Ayasofyanın əzəmətli dizaynından ilham alınaraq ərsəyə gətirilib.

Dunay sahilində zamanın keşikçisi: Qardoş qülləsi

Serbiya torpaqlarında addımladıqca zaman bizi tam fərqli bir nağılın qəhrəmanına çevirirdi. Yolumuzun növbəti dayanacağı - Dunay çayının sularına yuxarıdan baxan, tarixin səsini bu günə daşıyan əfsanəvi Qardoş və ya digər adı ilə Minillik qülləsi oldu. Belqradın qədim ruhlu Zemun rayonunda ucalan bu abidə 1896-cı ildə Avstriya-Macarıstan imperiyasının bir nişanəsi olaraq inşa edilib. 36 metr hündürlüyü olan bu qürurlu tikili mavi Dunayın qoynuna və Belqradın sonsuz üfüqlərinə açılan füsunkar bir pəncərədir. Yerli xalqın yaddaşında bu qüllə həm də məşhur macar cəngavəri Yanoş Hunyadinin adı ilə yaşayır.

Bu qüllə sadəcə bir daş yığını deyil, macarların Pannoniya düzənliyinə gəlişinin, buralarda kök salmasının minillik yubileyinə vurulan əbədi bir möhürdür. O dövrün imperiya əzəmətini göstərmək üçün ucaldılan yeddi xüsusi abidədən biri olan Qardoş sanki keçmişin gizli sirlərini də öz ətrafında qoruyub saxlayıb.

Birinci Dünya müharibəsinin o amansız günlərində, 1914-cü ilin qanlı Avstriya-Serbiya döyüşlərində ağır yaralar alan, ciddi zərər görən qüllə sonradan bərpa edilərək yenidən öz görkəminə qayıtdı. İndi bu qüllə həm keçmişin ağrılarını, həm də Dunayın əbədi sükunətini sadiq bir keşikçi kimi özündə daşımaqdadır.

Belqradın döyünən ürəyi: Kalemeqdan qalası

Kalemeqdan təkcə soyuq daşlardan hörülmüş bir qala deyil, Belqradın döyünən ürəyi, onun çoxəsrlik, fırtınalı və mürəkkəb taleyinin ən sadiq, canlı şahididir. Qüdrətli Dunay və coşqun Sava çaylarının ağuşa gəlib birləşdiyi o strateji təpədə ucalan bu möhtəşəm kompleks, qoynunda Roma imperiyasının qürurunu, Bizansın ehtişamını, Osmanlı xanədanının ucalığını və Avstriya-Macarıstanın zərif izlərini daşıyır. Elə adının mənşəyi də tarixin bu ortaq keçmişindən xəbər verir - türkcə "kale" (qala) və "meydan" sözlərinin vəhdətindən doğan Kalemeqdan, bu gün qanlı döyüş meydanlarından uzaq, geniş yaşıl parkları, hərbi muzeyi, incəsənət qalereyaları ilə şəhərin füsunkar gözəlliyini seyr etmək üçün ruhun dincəldiyi ən sevimli məkandır.

Əsrlər boyu bu torpaqların sipəri, şəhərin məğrur müdafiəçisi olan Kalemeqdanın qədim divarları arasında addımladıqca zaman məfhumu itir, insan özünü Belqradın çoxəsrlik keçmişinə səyahət edən bir yolçu kimi hiss edir. Qalanın ən uca nöqtəsindən boylanarkən iki nəhəng çayın qovuşma mənzərəsi, sanki şəhərin qədim tarixi ilə onun müasir, dinamik simasını eyni tablonun içində birləşdirib insana ecazkar bir vizual ziyafət bəxş edir.

İldırımları ram edən dahinin evi: Nikola Tesla Muzeyi

Belqradın qəlbində təkcə keçmişin xatirələrini deyil, həm də dünya elminin taleyini kökündən dəyişdirən bəşəri bir zəkanı qoruyan unikal bir məkan var - Nikola Tesla Muzeyi. Bura sadəcə eksponatların sərgiləndiyi sükunət dolu bir bina deyil, bura işığın, enerjinin və bəşəriyyətin gələcəyini aydınladan o dahi serb aliminin ruhunun hələ də nəfəs aldığı canlı bir laboratoriyadır. Muzeyin divarları arasında Teslanın toxunduğu şəxsi əşyalar, elmdə inqilab etmiş orijinal sənədlər və onun ecazkar ixtiralarının bu gün də işlək vəziyyətdə olan modelləri nümayiş etdirilir. İnteraktiv nümayişlər zamanı havada dolaşan elektrik cərəyanının vizual sehrini, o görünməz gücün yaratdığı möcüzəni gözlərlə görmək və daxilən hiss etmək mümkündür.

Belqrada qədəm basan hər bir yolçunun bu sehrli məkanda zaman tamam fərqli axır. Burada dahi alimin sirlərlə dolu həyatından, xəyallarını necə həqiqətə çevirdiyindən bəhs edən sənədli filmləri izləyən, onun işıqlı dünyasına heyran qalan insanların sayı-hesabı yoxdur. Bura gələnlər muzeydən sadəcə məlumatla deyil, ildırımları ram edən bir dühanın sonsuz enerjisindən pay alaraq ayrılırlar.

Novi Sadın Azadlıq meydanı və "Tərs saat" qülləsi

Belqradın dinamik ritmindən sonra üz tutduğumuz Novi Sad - Serbiyanın ikinci böyük şəhəri və onun zərif mədəniyyət paytaxtıdır. Bura addım atan kimi insanı Avstriya-Macarıstan imperiyasının kübar memarlıq üslubunu qoruyub saxlamış daha sakit, rəngarəng və nağılvari bir Avropa ab-havası qarşılayır. Şəhərin döyünən ürəyi olan Azadlıq meydanı, səmaya ucalan möhtəşəm Neo-Qotika üslublu Məryəm Ana Kilsəsi və tarixi şəhər meriyası ilə əhatə olunub. Dunavska və Zmaj Jovina küçələri isə qədim kafeləri, rəngli fasadları və insanı valeh edən canlı atmosferi ilə piyadaların, ruhən dincəlmək istəyən yolçuların sevimli gəzinti yeridir.

Novi Sad səfərimizin ən unudulmaz, ecazkar məqamı isə Dunay çayının sağ sahilində bir keşikçi kimi ucalan məğrur Petrovaradin qalasının ziyarəti oldu. Tarixdə əzəmətinə görə "Dunayın Cəbəllüttariqi" kimi tanınan bu qala, XVII–XVIII əsrlərdə Avstriya imperiyası tərəfindən Osmanlıya qarşı müdafiə məqsədilə inşa edilib. Onun sirli yeraltı tunelləri və zamanın axarına meydan oxuyan məşhur "Tərs saat" qülləsi hər kəsdə dərin təəssürat yaradır. Bu saatın özünəməxsus bir fəlsəfəsi var: uzaqdan keçən gəmilərin vaxtı rahat görməsi üçün onun saat əqrəbi dəqiqə əqrəbindən daha böyükdür. Zamanın sanki fərqli bir ölçüdə fırlandığı bu qədim qala, həm də hər il dünyada məşhur "EXIT" musiqi festivalının azad ruhlu sədalarına ev sahibliyi edir. Qalanın zirvəsindən boylanarkən mavi Dunay çayının və rəngbərəng Novi Sad şəhərinin açılan panoram mənzərəsi, bura gələn qonaqların qəlbinə unudulmaz bir sevgi sətiri kimi yazılır.

Dunayın sahilində Şərqin sədası: Üzeyir Hacıbəyli Novi Sadda

Avropanın qədim yollarından keçib, Dunay çayının sahilinə pənah gətirən bir musiqi rüzgarı var Novi Sadda... Orada, Serbiyanın mədəniyyət beşiyində, daşın və bürüncün sükutuna bürünmüş bir dahi ucalır: Üzeyir Hacıbəyli.

Bu heykəl sadəcə bir sənətkarın xatirəsi deyil, uzaq Bakıdan, Qarabağ dağlarının ətrini gətirən "Koroğlu" nərəsi, "Leyli və Məcnun"un sonsuz sevdasıdır. Dunayın suları axdıqca, sanki Üzeyir bəyin əbədi simasından ətrafa "Sənsiz" romansının həzin notları ələnir.

Serbiya torpağında ucalan bu abidə, Şərqlə Qərbin, muğamla klassik fəlsəfənin qovuşduğu ecazkar bir körpüdür. Bu dahi bəstəkarın baxışları sanki zamanı və məsafələri aşaraq pıçıldayır: Musiqi millət tanımır, o, qəlbləri birləşdirən vahid bir dildir.

İndi Novi Saddan keçən hər bir yolçu, Azərbaycanın ruhunu, Üzeyir bəyin nurani sükutunda və sənətinin əbədi zirvəsində salamlayır.

Şirin moruqdan 800 illik nura: Serbiyanın fərqli siması

Moruğun beynəlxalq paytaxtı: Serbiya təkcə tarixi ilə deyil, həm də Günəşin xeyir-dua verdiyi məhsuldar torpaqları ilə məşhurdur. Bura qlobal moruq bazarının ürəyidir. Ölkə hər il dünyaya yüz minlərlə ton şirin moruq bəxş edir.

İmperatorlar ocağı: Bu torpaqlar bir zamanlar qüdrətli Roma imperiyasının beşiyi olub. Tarixin gedişatını dəyişən, xristianlığı leqallaşdırıb Konstantinopolun əsasını qoyan Böyük Konstantin daxil olmaqla, bir neçə Roma imperatorunun ilk ağlaması məhz bu coğrafiyada - qədim Naissusda (indiki Niş şəhəri) eşidilib.

UNESCO-nun qoruduğu mənəviyyat: Serbiyanın dağlarında və dərələrində əsrlərin sükunətini saxlayan Studenitsa, Jicha, Qraçanitsa və Yüksək Deçani kimi monastırlar sadəcə daş memarlıq abidəsi deyil, bəşəriyyətin ortaq mirası kimi UNESCO-nun Dünya İrs Siyahısını bəzəyən mənəvi incilərdir.

800 illik əlyazmanın nuru: Serb mədəniyyətinin ilk yazılı sədası 800 yaşlı "Miroslav İncili"dir. Serbiya Milli Muzeyində böyük bir sadiqliklə qorunan bu xəttatlıq möcüzəsi, kiril qrafikasının ən qədim və nəfis şah əsərlərindən biridir.

İki əlifbanın harmoniyası: Dünyada az ölkə tapılar ki, gündəlik həyatında iki fərqli yazı sistemini eyni hüquqla yaşatsın. Serbiya həm latın, həm də tarixi köklərə və pravoslav irsinə bağlanan kiril əlifbasını eyni sevgidə birləşdirir.

Təbiətin 5 möcüzəsi və zəngin süfrə: Ölkənin yaşıl tacı sayılan beş milli park - Cerdap, Tara, Kopaoni, Fruşka Qora və Şar Dağı təbiətsevərləri sehrlədiyi kimi, yerli pendirlərin, sosislərin və od üstündə qızarmış ət yeməklərinin ətri gələn zəngin serb mətbəxi də qurmanların qəlbinə yol tapır.

Qəlblərdə doğulan yeni bir Serbiya: Bitməyən sevginin akkordları

Belqrad və Novi Sad şəhərlərinin küçələrində addım-addım gerçəkləşən bu tanışlıq turu Serbiyanın çoxəsrlik tarixi-mədəni irsini, müasir inkişafını və zəngin turizm potensialını yaxından kəşf etmək baxımından son dərəcə məhsuldar bir bədii lövhəyə çevrildi. Eyni zamanda, bu unudulmaz səfər Azərbaycan və Serbiya arasında turizm sahəsindəki dostluq körpülərini daha da möhkəmləndirəcək, gələcək əməkdaşlığın üfüqlərində yeni və parlaq perspektivlərin doğmasına öz dəyərli töhfəsini verəcək.

Amma bu səfərlərin görünməyən, daha dərində dayanan başqa bir həqiqəti də var. Bu mənəvi qazanclardan ən böyük payı məhz Serbiyanın özü götürür. O, hər il mənim və mənim kimi milyonlarla insanın qəlbinə səssizcə sığınaraq özünə tükənməz bir sevgi qazanır. Elə bir sevgi ki, onun nə sonu var, nə də zamanı... Bura gələn hər bir yolçu ayrılarkən ruhunda bu torpaqlardan qucaq-qucaq sevgi payı aparır. Beləcə, sadəcə bir insanın heyranlığından onlarla, yüzlərlə, minlərlə yeni Serbiya doğulur. Eynilə mənim qəlbimdə doğulan, mənə məxsus olan o unudulmaz Serbiya kimi...

Müxbir - Abdulla Suvar

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib