Tərtərdə Beynəlxalq Ailə Günü qeyd olunmuşdur
Tərtər, 14 may (AZƏRTAC). Tərtərdə Beynəlxalq Ailə Günü qeyd olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Ramiz Şabanov bildirmişdir ki, BMT-nin qərarı ilə hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunmuşdur. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin əhəmiyyət verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Rayon qeydiyyat şöbəsinin müdiri Məxmər Hüseynova, rayon icra hakimiyyəti aparatının baş məsləhətçisi Svetlana Əzizova və başqaları ailənin cəmiyyətdə rolundan, şəxsiyyətin formalaşmasında əhəmiyyətindən, ailə münasibətlərinin tənzimlənməsi, ailənin planlaşdırılması və digər məsələlərdən danışmışlar. Bildirilmişdir ki, ailə cəmiyyətin dayağıdır. Ailə ümumbəşəri prinsiplər əsasında, kişi və qadının könüllü nikah ittifaqı, qarşılıqlı məhəbbəti, dostluğu, hörmət hissləri əsasında formalaşmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]