Tərtərin yamyaşıl taxıl sahələri FOTOLENT
Bakı, 19 may, AZƏRTAC
Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün 10 min 755,8 hektarda taxıl səpini aparıblar. Sahələrə nümunəvi qulluq göstərildiyindən məhsuldarlıq da yüksəkdir.
Qeyd edək ki, 2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilib. Zəmilərdən 42 min 352,3 ton məhsul əldə edilib.
AZƏRTAC fotoqraf Valeh Arifoğlunun Tərtər rayonundan toxumçu Fərman Qurbanovun taxıl sahələrindən çəkdiyi fotoları təqdim edir.