Təşəbbüs qrupuna seçilən könüllülər dövlət və özəl sektorda məşğulluğa cəlb olunacaq
Bakı, 2 dekabr, AZƏRTAC
Bu gün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu təsis olundu. Təşəbbüs qrupunun əsas məqsədi Azərbaycanda qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, həmçinin gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu AQTİ-nin mətbuat katibi Rəşad Mehdizadə jurnalistlərə açıqlamasında söyləyib.
O bildirib ki, təşəbbüs qrupunun üzvü olan könüllülərin inkişafı istiqamətində Agentlik tərəfindən silsilə tədbirlər həyata keçiriləcək. Onlar müxtəlif özünüinkişaf və təcrübə proqramlarına, infoturlara, həmçinin istehlakçılar və sahibkarlar arasında maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb ediləcəklər. Eləcə də bu çərçivədə ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlığın qurulması nəzərdə tutulur.
“Təşəbbüs qrupuna seçilən könüllülərin məlumat bazası yaradılacaq, onların gələcəkdə dövlət və özəl sektorda məşğulluğuna dəstək göstəriləcək”, - deyə R.Mehdizadə əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
- 06.10.2026 [10:04]
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
- 06.10.2026 [09:23]
BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir
- 06.10.2026 [08:22]
Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]