Təyyarə qəzası qurbanlarının xatirəsi Bosniya və Herseqovinada anılır
Sarayevo, 27 dekabr, AZƏRTAC
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyində dövlət bayrağı yarıya endirilib, başsağlığı kitabı açılıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında xatirə kitabının açıldığı elan olunub, hadisə ilə əlaqədar paylaşımlar edilib.
Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin müşaviri Corce Şarçeviç, Rəyasət Heyətinin üzvü Denis Beçiroviçin kabinet rəhbəri Aliya Kozlyak və xarici ölkə səfirliklərinin rəhbərləri və nümayəndələri Azərbaycan səfirliyinə gələrək başsağlığı veriblər.
Hadisə yerli KİV və sosial media şəbəkələrində geniş işıqlandırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo