“Tofiq Rüstəmov-75” kitabı çapdan çıxmışdır
Bakı, 13 may (AZƏRTAC). Görkəmli alim, jurnalist və ictimai xadim Tofiq Rüstəmovun 75 illiyi ilə əlaqədar yeni kitab işıq üzü görmüşdür.
Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin nəşri olan “Tofiq Rüstəmov-75” kitabında əsasən T.Rüstəmov haqqında bioqrafik məlumatlar (Azərbaycan və rus dillərində), jurnalist fəaliyyəti, ümumilikdə yaradıcılığı qısa və aydın əksini tapmışdır.
T.Rüstəmovun mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi kimi keyfiyyətlərinin sadalandığı kitabda ön sözün müəllifi BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Y.Əlizadədir. Nəşrdə, həmçinin görkəmli alimin elmi araşdırmaları və publisistik məqalələri, müsahibələri, tərcümələri, redaktə etdiyi elmi əsərləri, televiziya və radio üçün hazırladığı materialları da əhatə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]