Tokioda koronavirus xəbərdarlığının səviyyəsi qaldırılıb
Tokio, 16 iyul, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokio şəhərində koronavirus xəbərdarlığının səviyyəsi son bir neçə gündə yoluxma halları üçrəqəmli həddi keçdiyinə görə maksimum səviyyəsinə qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Tokio hökuməti sakinləri ehtiyat tədbirlərinə ciddi şəkildə əməl etməyə çağırıb.
Yaranmış vəziyyəti şərh edən Tokionun qubernatoru Koike Yuriko deyib: “Biz qərara gəldik ki, əhalini xəbərdar etmək üçün həyəcan səviyyəsini qaldıraq. İnfeksiya yayılmaqda davam edir”.
Bildirilir ki, bazar günü də daxil olmaqla, sonrakı dörd gündə Yaponiya paytaxtında virus ilə bağlı 200-dən artıq yoluxma halı qeydə alınıb. Bundan sonra həmin göstərici qismən azalsa da, bu rəqəm 100-dən yuxarıdır. İyulun 15-də 165 nəfərin virusa yoluxduğu qeydə alınıb.
Qeyd edilir ki, ümumiyyətlə Yaponiyada COVID-19-a yoluxma hallarının sayı artmaqda davam edir. Bütün Yaponiya ərazisində koronavirus testlərinə müsbət reaksiya verənlərin ümumi sayı 22 min nəfəri ötüb. Həyatını itirənlərin sayı isə 1000 nəfərə çatıb.
Hakimiyyət orqanları ölkənin cənubunda ABŞ hərbçilərinin yerləşdiyi Okinava prefekturasına xüsusi diqqətlə yanaşır. Burada koronavirusa yoluxanların sayı 130 nəfəri keçib.
Okinava prefekturasının qubernatoru Tamaki Denni bildirib ki, o, məsələni Müdafiə naziri Taro Kono ilə müzakirə edib. Müdafiə nazirindən ABŞ hərbi qüvvələrində yoluxanlarla əlaqədar vəziyyət barədə obyektiv informasiyanın sürətlə çatdırılmasına təsir göstərməsi xahiş olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
- 06.10.2026 [09:21]
ABŞ hipersəs raketinin uçuş sınağını keçirib
- 06.10.2026 [08:18]
Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]