“Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi yeni sığınacaqlar inşa edir
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradılacaq.
AZƏRTAC xəbər verir ki, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində 5 min it yerlik olacaq bu sığınacaqda “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən küçələrdən toplanan və mərkəzdə müəyyən tibbi prosedurlardan keçən itlər məskunlaşacaq. Yeni sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkan olacaq. Pirəkəşkül qəsəbəsindəki sığınacağın 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi fərdi şəxslər tərəfindən yaradılan sığınacaqlara dəstək göstərilməsi istiqamətində daha bir layihəni başa çatdırmaq üzrədir. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki park ərazisində olan it sığınacağının müraciəti əsasında “Toplan” Mərkəzi onların mövcud şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirib. Müraciət əsasında “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən itlər üçün yeni ünvanda müasir tələblərə cavab verən sığınacaq inşa olunub. Sentyabr ayında istifadəyə veriləcək bu sığınacaqda it qəfəsləri, su, kanalizasiya və işıqlandırma sistemi qurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:37]
Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq
- 18.06.2026 [13:25]
Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ
- 18.06.2026 [12:35]
Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək
- 17.06.2026 [15:52]
Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur
- 17.06.2026 [12:53]
Abşeron çimərliklərində hava necə olacaq?
- 17.06.2026 [12:31]
Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək
- 17.06.2026 [12:03]
Xəzər dənizində zəlzələ qeydə alınıb
- 17.06.2026 [08:50]
Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]