TOPOQRAFİK XƏRİTƏ ÇAP EDİLƏCƏKDİR
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il komitənin topogeodeziya işlərinin perspektiv planında, Abşeron yarımadasının kiçik Bakı ərazisini əhatə edən hissəsində 1:2000 və 1:5000 miqyasda rəqəmli xəritələrin hazırlanması, Azərbaycan Respublikasının bəzi ərazilərinin mövcud kosmik şəkillər vasitəsilə 1:50000 miqyasda topoqrafiq xəritələrinin yeniləşdirilməsi, rəqəmli ümumcoğrafi xəritələrin əsasında respublikanın müvafiq miqyasda topoqrafiq xəritələrinin hazırlanması nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası ərazisində yaradılan Peyk Geodeziya şəbəkəsi üzrə ölçmə işləri nəticələrinin emalı, “Xəritətərtibatı-84”, “Xəritətərtibatı-85” obyektlərində topoqrafik xəritələrin yeniləşdirilməsi, “Şəhidlər memorial kompleksi” obyekti, “Nərimanov prospekti (sürüşmə zonası)”, Qobustan rayonu, Qurbançı, Cəhirli obyektlərində topogeodeziya işlərinin davam etdirilməsi planlaşdırılır. Cari ildə “Azərbaycan Respublikasının torpaq və aqrokimya Atlası”nın, Bakı şəhərinin turist xəritəsinin nəşr edilməsi, Azərbaycanın tarixi atlasının (56 xəritədən ibarət), Azərbaycan Respublikasının coğrafi atlasının (76 xəritədən ibarət), turist atlasının (130 xəritədən ibarət) tərtibatına da başlanacaq, 700-dən çox topoqrafik xəritə çap ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]