“Tottenhem” səfərdə, “Mançester Siti” isə öz meydanında qalib gəlib
Bakı, 16 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşündə üç qarşılaşma oynanılıb.
“Mançester Siti” öz meydanında “Bormunt” komandasını qəbul edib. Oyunda hesabı meydan sahibləri erkən qolla (6-cı dəqiqə) açıb. David Silva fərqlənib. Birinci hissənin bitməsinə beş dəqiqə qalmış mançesterlilər hesab arasındakı fərqi iki topa çatdırıb. David Silvanın ötürməsini Qabriel Jesus dəqiq zərbə ilə tamamlayıb. Qarşılaşmanın ikinci hissəsinin 89-cu dəqiqəsində qonaqlar hesabı minimuma endirib. David Broks adını tabloya yazdırıb. Bu qələbədən sonra xal ehtiyatını 75-ə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci, “Bormunt” isə 31 xalla 18-ci yerdə qərarlaşıb.
Günün digər maraq doğuran görüşü “St. James Park” stadionunda baş tutub. “Nyukasl Yunayted” klubu “Tottemhem” komandasını qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Son Xın-Min, Hari Keyn (2) “Tottemhem”in, Matt Riçi isə “Nyukasl Yuneyted”in heyətində fərqləniblər.
“Börnli” - “Volverhemton” görüşündə qalib müəyyənləşməyib - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]
Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır
- 06.10.2026 [10:21]
Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]