Tovuz rayonunda evdən 8500 manat məbləğində pul oğurlayan keçmiş məhkum tutulub
Bakı, 25 oktyabr, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinə rayon sakininə məxsus evdən oğurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırma aparıblar. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayonun Bozalqanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov oktyabrın 22-də qeyri-qanuni yolla evə daxil olaraq 8500 manat məbləğində pul oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.