TOVUZDA YUBİLEY TƏDBİRLƏRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar Tovuz rayonunda müvafiq tədbirlər planı icra edilir.
Bu plana uyğun olaraq, rayon məktəbliləri arasında şahmat və futbol yarışları keçirilir.
Ümummilli liderin nəsillərə nümunə olan şərəfli ömür yoluna, müstəqil Azərbaycanın qurulması istiqamətində titanik fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi isə yekunlaşmışdır. N.Tusi adına məktəbin şagirdi Fənurə Səmədova 82 nəfər məktəbli arasında qalib gələrək respublika müsabiqəsində iştirak etmək hüququ qazanmışdır.
Bütün kəndlərdə, idarə və müəssisələrdə keçirilən tədbirlərdə ulu öndərin həyat və fəaliyyətinə dair mühazirələr oxunur. Onunla birgə işləmiş əmək qəhrəmanlarının, təsərrüfat adamlarının xatirələri də toplanır. Bu xatirələr nəşr olunacaq xüsusi buraxılışda yer alacaqdır.
Xalqımızın xilaskarı və müasir Azərbaycanın memarı missiyasını şərəflə yerinə yetirmiş ümummilli liderə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda YAP Tovuz rayon təşkilatı ilə birgə elmi-praktik konfrans keçirilməsi nəzərdə tutulmuşdur.
Rayonda yubiley tədbirləri davam edir.