Tramp Kubanı yenidən terroru maliyyələşdirən ölkələr siyahısına salıb
Bakı, 21 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Kubanı yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Beləliklə, Cozef Baydenin Kubanı terroru maliyyələşdirən ölkələr siyahıdan çıxarmaq haqqında fərmanı cəmi bir həftə qüvvədə qalıb.
Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra əvvəlki administrasiyanın ümumilikdə 78 qərarını ləğv edib.
Xatırladaq ki, 2014-cü ilin dekabrında ABŞ-ın ozamankı prezidenti Barak Obama Vaşinqtonun Havana ilə bağlı əvvəlki siyasətinin nəticə vermədiyini etiraf edərək ikitərəfli əlaqələrin normallaşdırılması və sanksiyaların yumşaldılması istiqamətində addım atıb. 2015-ci ildə Ağ ev Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıb.
İki ölkə arasında yaxınlaşma 2017-ci ilin yanvarında respublikaçı Donald Trampın ABŞ administrasiyasına rəhbərlik etməyə başlamasından sonra dayanıb. O, Kubaya səyahət qaydalarını sərtləşdirib və onu yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
- 03.10.2026 [06:51]
Hörmüz boğazında neft tankerinə atəş açılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]