Trampın açıqlamasından sonra neft qiymətləri 4 ilin tarixi maksimumunu yeniləyib
Bakı, 30 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın çıxışından sonra neftin qiymətləri kəskin artıb.
AZƏRTAC xəbər verir ki, ABŞ liderinin İrana qarşı dəniz blokadasının aylarla davam edə biləcəyini bəyan etməsindən sonra neft qiymətləri son 4 ilin tarixi maksimumunu yeniləyib.
Bu açıqlama Yaxın Şərq münaqişəsinin yaxın perspektivdə həlli və ya Hörmüz boğazının yenidən açılması ehtimalını azaltdığı üçün, “Brent” markalı neftin fyuçersləri 8 faizdən çox artaraq bir barel üçün 120 dollara qədər yüksəlib, “Light” markalı neftin qiyməti isə 107 dolları ötüb. Bu, 2022-ci ilin iyunundan bəri ən yüksək göstəricidir.
Hazırda “Brent” markalı neftin bir bareli 118,03 dollara, “Light” markalı neftin bir bareli isə 107,97 dollara ticarət olunur.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:25]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]