TRASEKA AZƏRBAYCAN NƏQLİYYAT NAZİRLİYİNİ DƏSTƏKLƏYİR
Avropa Birliyinin Azərbaycana texniki yardım proqramlarını Əlaqələndirmə bürosunda AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, A.Boitsiosun səfəri gedişində “Nəqliyyat Nazirliyinin dəstəklənməsi” üzrə 2002-2003–cü və 2004-2005-ci illər üçün Fəaliyyət proqramına daxil edilmiş iki layihənin texniki parametrləri müzakirə olunmuşdur.
A.Boitsios AB-in Azərbaycana texniki yardım proqramlarının milli əlaqələndiricisi, iqtisadi inkişaf naziri Fərhad Əliyevlə, Əlaqələndirmə bürosunun icraçı direktoru Əskər Ələkbərovla, habelə Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüşmüşdür. Görüşlərdə Nəqliyyat Nazirliyinə yardım layihələri ilə bağlı məsələlər və AB-in MDB ölkələri üçün TRASEKA proqramının əsas məqsədlərinə, habelə bütün nəqliyyat sektorunun prioritetlərinə və vəzifələrinə təzədən baxılmasını nəzərdə tutan yeni nəqliyyat strategiyası müzakirə olunmuşdur.
TRASEKA–nın layihə işlərinə 1 miliyon 200 min avro ayırmaq nəzərdə tutulmuşdur, bu işlərin əsas bəndləri isə Nəqliyyat Nazirliyinə məsləhət xidmətləri göstərilməsinə aiddir.