Türkiyə cari ildə Azərbaycandan 207 min ton xam neft idxal edib
Bakı, 3 may, AZƏRTAC
Yanvar-fevral aylarında Türkiyə Azərbaycandan 207 min ton xam neft idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi neftin həcmi 78 min ton, fevralda isə 129 min ton olub. Fevralda Azərbaycandan neft idxalının Türkiyənin ümumi neft idxalındakı payı 3,84 faiz olub.
Ötən ilin dekabrında isə Türkiyə Azərbaycandan 15,7 min ton xam neft idxal etmişdi.
Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi və ötən il istismara verilən “Star” neft emalı zavodunda (NEZ) “Azeri Light” markalı xam neft emal olunur. Zavoda 80 min tonluq ilk xam neft yükü də məhz keçən il Azərbaycandan çatdırılıb.
SOCAR “Rosneft”lə imzaladığı Kontrakta görə isə dekabrdan etibarən bir il ərzində “Star” NEZ 1 milyon ton Rusiya xam nefti ilə təchiz olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]